Neftçala rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-01-19 Baxış: 124
img
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib.
Görüşdə YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev və şəhid atası Baloğlan Ağamalıyev çıxış ediblər. Çıxış edənlər həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin ötən dövr ərzində bütün sahələrə olduğu kimi, ordu quruculuğu prosesinə də böyük diqqət ayırdığını nəzərə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin fəaliyyətinin əsasını Qarabağ məsələsinin birdəfəlik həlli təşkil edib. Müzəffər Ali Baş Komandan kimi tarixi missiyasını uğurla başa vuran cənab İlham Əliyev xalqımıza böyük ruh yüksəkliyi və qalib xalq titulu bəxş edib.
Bildirilib ki, seçkilər dövlətin və cəmiyyətin həyatında həlledici rola malikdir. Buna görə də qarşıdan gələn seçkilərdə iştirak etmək olduqca zəruridir.
Çıxış edən seçicilər tarixi qələbəmizin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bildiriblər. Onlar vətənpərvər azərbaycanlıları qalib xalqın qalib liderinə səs verməyə çağırıblar.