Neftçalada seçkiqabağı təşviqat kampaniyası çərçivəsində keçirilən silsilə görüşlər davam edir.

2024-01-19 Baxış: 105
img
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində yaşayan qazi Əli Mehtiyev ziyarət olunub.
Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov, təşviqat qrupunun üzvləri Bədirə Nifatıliyeva, Şərabanı Ağalarova və qazi Yusif Abdullayev iştirak ediblər.
Görüşdə bildirilib ki, Azərbaycan lideri hər zaman sülh arzusunda olsa da, mənfur qonşumuzun davranışları hərbi yolla torpaqlarımızın işğaldan azad olunmasını yeganə həll yoluna çevirmişdi. 2003-ci ildən Prezident İlham Əliyevin qəbul etdiyi bütün qərarlar torpaqlarımın azadlığını yaxınlaşdırmağa hesablanmışdı. Qeyd olunub ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması Vətən müharibəsində Zəfərin əldə olunmasına həlledici təsir göstərib. O da diqqətə çatdırılıb ki, qələbənin qazanılmasında xidmətləri olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatəliblər.
Çıxışçılar Azərbaycanı işıqlı sabahlara doğru yorulmadan aparan Prezident İlham Əliyevə səs verməyə çağırıblar. Azərbaycanın uğurlu gələcəyi ilə bağlı yalnız cənab İlham Əliyevin ciddi və real planları olduğunu bildiriblər.
Vətən müharibəsi qazisi Əli Mehtiyev və onun ailəsi qarşıdakı seçkilərdə tarixi şəxsiyyət, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləməkdən qürur duqduqlarını bildiriblər.