Neftçalada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir təşkil olunub

2019-05-10 Baxış: 850
img

10.05.2019

Mayın 9-da Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. 

Kür çayı sahilində yerləşən Bulvar kompleksindəki Bayraq Meydanında baş tutan tədbirdə Mərkəzi Kitabxana tərəfindən Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən kitablar sərgilənmiş, yerli musiqiçilərin ifasında müxtəlif mahnılar səsləndirilmiş, şəhərin 3 saylı uşaq bağçasının uşaqlarının hazırladığı rəqs nümunələri nümayiş olunmşdur. 

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.