Neftçalada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.

2019-05-10 Baxış: 709
img

10.05.2019

Mayın 10-da Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunmuşdur.

Neftçala rayon İcra Hakimiyyətinin Başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisəsi müdirləri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Neftçala Heydər Əliyev Mərkəzinin önündə yerləşən abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüş və dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən foto-stendlərlə tanış olmuş, mərkəzin işçiləri tərəfindən bu barədə ətraflı məlumat verilmişdir.