Neftçalada 58 mindən çox rayon sakini tibbi müayinədən keçib.
                     
                      2019-05-12
                      Baxış: 913
                   
                 
12.05.2019
Prezident İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi bu il də Neftçala rayonunda 11 fevral - 1 may tarixlərində əhalinin kütləvi tibbi müayinəsi həyata keçirilmişdir.
MAYAKİNFO xəbər verir ki , rayonun 52 yaşayış məntəqəsində müayinələri həyata keçirmək üçün 1 mərkəz olmaqla 5 həkim briqadası yaradılmışdır. Müayinəyə cəlb olunan 58234 nəfərdən 55899 nəfərinə sağlam diaqnozu qoyulmuş, 2289 nəfəri ambulator, 31 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 14 nəfəri ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 1 nəfərin isə üzərində cərahiyyə əməliyyatı aparılmışdır. Müayinələrdə ümumilikdə rayonun 80 təşkilatının kollektivi iştirak etmişdir.
Digər xəbərlər
 
                 2021-11-04
                   2021-11-04
                 
                 2023-04-18
                   2023-04-18
                



 
                            
                            
                            
                            
                            
                            
                 
                 
                 
                 
                 
                 
                