Neftçalada "Bahar çələngi" adlı tamaşa nümayiş olundu.

2019-05-23 Baxış: 1071
img

24.05.2019. MAYAKİNFO

X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin filialı olan Neftçala rayon Folklor evinin həyətində açıq havada "Bahar çələngi" adlı folklor tamaşası nümayiş edilmişdir. Tamaşanın quruluşçu rejissoru, ssenari müəllifi,səhnə kostyum tərtibatçısı Neftçala rayon Folklor evinin baletmesteri Anar Əliyevdir. Tədbiri giriş sözüylə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Zaur Manafov açaraq xalqımızın zəngin folkloru barədə məlumat verdi. Tamaşanın gedişatında eldən-elə gəzən aşıqın yol boyu qarşılaşdıqı səhnələr təqdim olundu. Yun çırpan, yuxa yayıb bişirən, doşab çəkən qadınlar, çayçı təsvir olunmuşdur. Sonda isə aşıq çayxanada nərd atan kişilərlə söhbətləşərək xanəndə ilə deyişir. Tamaşa Aşıqın Neftçala haqqında oxuduğu mahnı ilə tamamlandı.

Sona Haxıyeva. Neftçala