Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır

Bir
çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın
geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft
və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli
rol oynayacaqdır- bunu iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu
Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər
Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley
“Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Hazırda
qlobal iqlim dəyişikliklərinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının
ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Elə bu səbəbdən
də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır.
Yaşıl
enerji nədir və yaşıl enerjiyə tələbat niyə artır?
Yaşıl
enerji, ətraf mühitə minimal təsir edən və davamlı şəkildə əldə edilən enerji
növlərini ifadə edir. Bu enerji formaları, əsasən, təbii və təkrar istifadə
oluna bilən mənbələrdən əldə edilir. Yaşıl enerjinin əsas məqsədi, enerji
istehsalında fosil yanacaqlardan istifadəni azaltmaq və bununla da atmosferin
çirklənməsini və iqlim dəyişikliyini minimuma endirməkdir.Yaşıl Enerjinin Əsas
Xüsusiyyətləri:Təkrar İstifadə Olunan Mənbələr: Yaşıl enerji, günəş, külək, su
və biomassa kimi təkrar istifadə oluna bilən enerji mənbələrindən əldə edilir.
Bu mənbələr təbiətdə daim mövcuddur və təkrar istifadə oluna bilər. Ekoloji Təmizlik:
Yaşıl enerji istehsalı zamanı ətraf mühitə zərərli tullantılar və qazlar (məsələn,
karbon dioksid və digər istixana qazları) yayılmır. Bu səbəblə, yaşıl enerji
ekoloji baxımdan daha təmizdir. Davamlılıq: Yaşıl enerji mənbələri davamlı şəkildə
mövcuddur və onların istifadəsi təbii sərvətlərin tükənməsinə səbəb olmur. Bu,
enerji istehsalında uzunmüddətli davamlılığı təmin edir.İqlim Dəyişikliyinə Təsir:
Yaşıl enerji, iqlim dəyişikliyinə səbəb olan emissiyaların azalmasına kömək
edir. Fossil yanacaqların əvəzinə istifadə olunan yaşıl enerji mənbələri,
atmosferdəki istixana qazlarının miqdarını azaldır.
Bərpa
olunan və ya “yaşıl enerji” dedikdə, tükənməz olan mənbələrdən alınan enerji
başa düşülür. Bərpa olunan enerjidən istifadənin əsas prinsipi onu texniki
istifadəyə verməkdir. Bərpa olunan enerji təbii ehtiyatlardan əldə edilir - günəş
işığı, külək, yağış və s. Neft, təbii qaz, kömür və uran filizi kimi yanacaqlardan
fərqli olaraq, bu enerji mənbələri tükənmir. Buna görə də onları bərpa olunan
enerji mənbələri adlandırırlar. Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri
ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı
enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb
ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə
rəğmən həmin balansın qorunması düzgün siyasətdir.
Hökmalı
Mirzəyev,
YAP
Hacıqabul rayon təşkilatının sədr müavini.
Digər xəbərlər



