Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycan
xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə
onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə
günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli
Qurtuluş Günüdür. Xalqımızın bu qurtuluş tarixini yaradan isə Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim
xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir. Ölkəmizin
qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə
müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı
artıran əsas amillərdən biri idi.
Lakin
müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi
problemlər və çətinliklərlə müşayiət olunmağa başladı. Bunların bir qismi Ermənistanın
ölkəmizə ərazi iddiaları irəli sürməsi və bu məqsədlə hərbi təcavüz nəticəsində
Azərbaycan Respublikası ərazilərini işğal etməsi ilə bağlı idi. Mövcud hakimiyyət
nəinki erməni təcavüzünün qarşısını almaqda acizlik göstərir, habelə zəruri
xalq müqavimətini təşkil etməkdə, təcavüzkara qarşı təsirli beynəlxalq təpkinin
təşkilində inanılmaz səriştəsizlik və bacarıqsızlıq nümayiş etdirirdi.
Dövlət
müstəqilliyin ilk illərinin doğurduğu digər ciddi problem ölkədə yaşanan siyasi
böhranla əlaqədar idi. Tez-tez baş verən hakimiyyət dəyişikliyi böhranı daha da
gücləndirir, xalqla hakimiyyət arasında uçurumu dərinləşdirirdi. Böhrandan çıxmaq
üçün hakimiyyət tərəfindən ya təsirli tədbirlər görülmür, ya da görülənlər
lazımi nəticə vermirdi.Hakimiyyətə etimadın artırılması baxımından vacib olan
milli maraqların qorunması lazımi səviyyədə deyildi və hətta iqtidara gəlmək
üçün hakimiyyət dəyişiklikləri bir sıra hallarda milli maraqlara xəyanət sayəsində
mümkün olurdu. İfrat həddə çatmış siyasi böhran təbii olaraq açıq surətdə ifadə
olunan hakimiyyətdaxili qarşıdurmalar, siyasi xaos və anarxiyanın tüğyanı ilə
müşayiət edilirdi. Bunun fonunda ölkədə separatizm meylləri güclənir, Azərbaycan
Respublikasını parçalamağa yönəlmiş hərəkatlar geniş vüsət alırdı.
Məhz
belə bir dövrdə Ulu Öndər öz xilaskarlıq missiyasına başlamalı oldu. Ümummilli
lider Azərbaycan ailəsinin sabitliyini təmin etməklə onun milli mənlik şüuru və
milli iftixar hisslərini özünə qaytara bildi. O dövrün çətin psixoloji
böhranlı, ümidsiz anlarında dünya ictimaiyyəti üçün müstəqilliyi bir çox
hallarda hələ dərindən dərk edilə bilməyən ağır mərhələləri Azərbaycan xalqı öz
dahi lideri ilə inamla addımlaya bildi. Görkəmli ictimai-siyasi xadim Heydər
Əliyev siyasi partiyalar arasinda münasibətləri cəmiyyətdaxili münasibətlərin
güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq edirdi.
Ulu
Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması sosial sifariş, tarixi zərurət idi.
Bu Qaydış Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin
gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. 15 İyun, sözün həqiqi mənasında,
ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.
Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Ümummilli
Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu illər ərzində
həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz
prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən bir ölkə kimi
tanınmasını şərtləndirdi. Ulu Öndərin təməlini qoyduğu düzgün siyasi xəttin məntiqi
nəticəsidir ki, bu gün Azərbaycan Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü
ilə 30 il işğal altında qalan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü təmin
etdi.
Səyavuş Məmmədov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



