Ulu Öndər daim Azərbaycan xalqının qəlbində yaşayacaq

Hər
bir xalqın tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır. Həmin o dahi
insanlar öz xalqını arxasınca aparıb, yüksək zirvələr fəth etmişlər. Gedilən
yolda çətin məqamlar da olurdu və həmin məqamlarda bütün yükləri öz çiyinlərinə
götürərək xalqını canı bahasına qorumağa çalışıblar. Ümummilli liderimiz Heydər
Əliyev də həmin dahi insanlardan biri idi. O, dünya tarixində silinməz izlər
qoymuşdur. Ulu Öndərin canı bahasına Azərbaycanına, xalqına göstərdiyi xidmətlər
bu gün də unudulmamaqdır. Biz bu gün də fəxrlə deyə bilərik ki, Azərbaycan adı
çəkiləndə Heydər Əliyev yada düşür, Heydər Əliyev deyən zaman isə göz önünə Azərbaycan
gəlir. Hər birimiz üçün bu qürur mənbəyidir. Dahi şəxsiyyət hər zaman belə deyərdi:
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”
1993-cü
ilin iyun ayına qədər olan dövrü, yaşananları – qardaş qırğınını, xaosu,
darmadağın edilən Azərbaycanın vəziyyətini o dövrdə yaşayanlar canlı olaraq
görüblər, gənc nəsil isə tariximizi oxuyaraq, atalarından, babalarından eşidərək
öyrəniblər. 1993-cü ilin 15 iyununda məhz Ulu Öndərimiz hakimiyyətə gəldi və
onun sayəsində Azərbaycanımız silkindi özünə gəldi, dirçəldi. Həmin gün Azərbaycan
tarixinin dönüş nöqtəsi oldu. Həmin gün tarixə Milli Qurtuluş günü kimi həkk
oldu. Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə ölkəmiz iqtisadi uğurlara imza
atdı, Azərbaycanın müstəqilliyi dünya ölkələri tərəfindən qəbul edildi,
diplomatik, siyasi münasibətlərin əsası qoyuldu. Azərbaycanımız yoxdan var
oldu. Bir sözlə, Azərbaycan dünyaya günəş kimi doğdu. Məhz həmin gün
tariximizin ən önəmli hadisəsi kimi qeyd olunur. Bu gün biz bu önəmli hadisəni
Qalib ölkənin Qalib vətəndaşları olaraq qeyd edirik. Qalib ölkə olaraq qeyd
etdiyin Milli Qurtuluş günün mübarək Azərbaycan!
Ulu
Öndər Heydər Əliyev daim xalqının qəlbində əbədiyaşardır. Nə qədər Azərbaycan
varsa, Heydər Əliyev də var olacaqdır. Biz xoşbəxt xalqıq, çünki, bizim Heydər
Əliyev kimi dahiyanə şəxsiyyətimiz vardır. Ulu Öndərimizin ən böyük arzusu
canından çox sevdiyi Vətənini, Azərbaycanını bütöv görmək idi. Bəli bu gün o
arzu gerçəkləşib. Bu gün biz bütöv Azərbaycanın vətəndaşlarıyıq. Ali Baş
Komandanımız atasının açdığı tarixi cığırla irəliləyərək 44 gün ərzində
xalq-ordu birliyi ilə Qarabağımızı işğaldan azad etməklə Azərbaycanı bir daha
dünyaya tanıtmaqla bərabər adını tarixə yazdırdı. Cənab Prezidentimiz İlham
Əliyev atasının arzusunu reallaşdıran övlad olaraq çox xoşbəxtdir. Məhz Qələbənin
tamamilə qazanılması xəbərini də xalqına Ulu Öndərin məzarı önündə çatdırdı.
Bu
gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil Azərbaycan dövləti adı
tariximizə qızıl hərflərlə həkk olunmuş Ümummilli liderimiz Heydər Əliyevin şah
əsəridir. Bundan sonra da Ulu Öndərin müəyyənləşdirdiyi siyasi yolla inkişaf edən
Azərbaycanımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə daha böyük
uğurlar qazanacaq.
Bəxtiyar
Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının Ərazi partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



