Şuşa Bəyannaməsi – “Bir Millət, İki Dövlət” reallığı

Şuşa
Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin
ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək
maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin
qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən bu saziş, Bakı və
Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın
qurulmasının başlanğıcına çevrildi.
İki
qardaş ölkənin, Türkiyə və Azərbaycanın ortaq dəyərləri, maraqları hər iki ölkənin
inkişaf dinamikasına öz müsbət təsirini göstərməkdədir və bu dəyərləri, eləcə də
maraqları liderlərin qətiyyəti, siyasi iradəsi hər zaman təminat altına alır.
2021-ci ildə 15 İyun-Milli Qurtuluş Günündə Şuşa şəhərində «Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi» imzalandı. Bu Bəyannamə Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının, «Bir millət, iki dövlət» reallığının, siyasi-hərbi
və iqtisadi müttəfiqliyinin məntiqi davamı, irəliyə doğru atılan növbəti
addımıdır. Eyni zamanda, qardaşlığın yeni səhifələrini açacaq tarixi hadisədir.
Xüsusi ilə qeyd etmək istərdim ki, 15 iyun 2021-ci il ən yeni dövr tariximizin,
Türk dünyası tarixinin yeni mərhələsinin əsasını qoydu.
Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisə kimi
yaddaşlarımıza həkk olundu. Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər
şeyi deyir. Bu tarixi sənədin imzalanmasından sonra bütövləşmişik, bir dövlətə
çevrilmişik. Şuşa Bəyannaməsi qardaşlığımızın rəmzidir. Şuşa Bəyannaməsi Türkiyə
ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün
imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə
qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər
və yaxud birbaşa hücum olarsa, iki ölkənin bütün imkanları səfərbər ediləcək və
işğalçıya qarşı birgə mübarizə aparacaqlar.
Müttəfiqlik
haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək
səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha
yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin
imzalanması ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə
yeni mərhələyə qədəm qoyduğunu göstərir. 1921-ci ildə imzalanmış Qars müqaviləsindən
tam yüz il sonra iki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə
dair Şuşa Bəyannaməsinin imzalanması, heç şübhəsiz, müstəsna siyasi və tarixi əhəmiyyət
daşıyır. Elə təsadüfi deyil ki, Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə
istinad edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Tarixi Qars
müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna
daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında
imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
Azərbaycan
və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə
inqilabi gerçəklikdir və bununla bütün dünya barışmaq məcburiyyətindədir. Hər
iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə
də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin
qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş iki qardaş ölkənin
başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.
Hökmalı
Mirzəyev,
YAP
Hacıqabul rayon təşkilatının sədr müavini.
Digər xəbərlər



