26 İyun – Qürur Günümüz: Güclü Ordumuz, Güclü Dövlətimiz!

Hər
il 26 iyun tarixi Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi qeyd
olunur. Bu əlamətdar tarix Azərbaycan dövlətinin suverenliyinin və ərazi
bütövlüyünün təminatçısı olan rəşadətli Ordumuzun bayramıdır. Müstəqillik
dövrünün ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilən Azərbaycan
Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biridir.
Ulu
Öndər Heydər Əliyev Azərbaycan Ordusunun formalaşmasında və inkişafında
misilsiz xidmətlər göstərmişdir. Onun ordu quruculuğuna dair fikirləri bu gün də
öz aktuallığını qoruyur:
“Ordu
mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas
mövzulardan biri olmalıdır… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də
ordunu daha da qüvvətli edir.” (02.02.1996)
1998-ci
ildə Ümummilli Liderin imzaladığı sərəncamla 26 iyun – Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü rəsmi dövlət bayramı kimi qeyd olunmağa
başlandı. Bu gün Azərbaycanın hərbi qüdrəti ilə bağlı keçirilən tədbirlər,
görüşlər, mükafatlandırmalar və paradlar xalqın orduya olan yüksək ehtiramını
bir daha nümayiş etdirir.
Silahlı
Qüvvələrin inkişafında əsas amillərdən biri peşəkar hərbi kadrların
hazırlanmasıdır. Dövlət tərəfindən bu sahədə genişmiqyaslı tədbirlər görülür.
2024–2025-ci tədris ilindən başlayaraq ali və hərbi təhsil müəssisələrinə daxil
olan kursantlara güzəştli ipoteka imkanları yaradılmışdır. Beş illik zabit və
ya gizir xidməti şərti ilə dövlət həmin şəxslərə ipoteka məbləğinin 15%-dək
hissəsini ödəyəcək.
Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli ordumuz 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə
imza atdı. Prezidentin 2021-ci il 26 iyun tarixində dediyi bu sözlər bu uğurun
təməlini əks etdirir:
“Mən
deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi
bütövlüyümüzü bərpa edəcəyik… Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında
təmin etmişdir.”
Bu
Qələbə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın və Ordumuzun
ruhunun, iradəsinin və birliyinin təntənəsi oldu. Qələbə Paradı və yaradılan Zəfər
Muzeyləri bu ruhun daşıyıcılarıdır.
2023-cü
ilin sentyabrında keçirilən birgünlük antiterror tədbiri nəticəsində Azərbaycanın
konstitusion quruluşu bütün ölkə ərazisində bərpa edildi. Bu hadisə dövlətimizin
gücünü, Ordumuzun peşəkarlığını bir daha sübut etdi.
Ordumuzun
gücləndirilməsi məqsədilə müxtəlif ölkələrlə, o cümlədən qardaş Türkiyə ilə hərbi
əməkdaşlıq daha da dərinləşdirilir. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu
sahədə yeni mərhələnin əsasını qoydu. Bəyannamədə silah və sursatların təchizatı,
istehsal sahələrinin yaradılması və birgə texnologiyaların inkişafı əks
olunmuşdur.
Eyni
zamanda, Azərbaycanın hərbi və diplomatik tərəfdaşlarından biri olan Pakistan
İslam Respublikası ilə də əməkdaşlıq davam edir.
Azərbaycan
əsgəri hər zaman vətənpərvərliyi, əzmi və şücaəti ilə seçilmişdir. Müharibələrdə
göstərilən qəhrəmanlıq, şəhidlərimizin və qazilərimizin fədakarlığı bu günümüzü
və gələcəyimizi təmin edən mənəvi dayaqlardır. Dövlət tərəfindən orden və
medallarla təltif edilən hərbçilərimiz xalqımızın qürur mənbəyidir.
Prezident
İlham Əliyevin dediyi kimi:
“Güclü
dövlətin güclü ordusu olmalıdır… Biz müzəffər xalq, güclü dövlət, yenilməz ordu
və güclü iradə sahibi kimi yaşayacağıq.
Yaşasın
Azərbaycan Ordusu!
Yaşasın
Müstəqil və Qalib Azərbaycan!
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



