Bakıda zirzəmidən naməlum meyit tapılıb

2019-05-24 Baxış: 668
img

24.05.2019

Paytaxın Nəsimi rayonunda meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının zirzəmisində köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri zirzəminin qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.