Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə inkişafdadır

Son
illərdə Mərkəzi Asiya və Qafqaz regionlarında iqtisadi-ticarət inteqrasiyanın
intensivləşməsi müşahidə olunur. Bu prosesdə Özbəkistan Respublikası ilə Azərbaycan
Respublikası arasında tərəfdaşlıq xüsusilə diqqətəlayiqdir. Ortaq tarixi, mədəni
və linqvistik köklərə malik olan bu iki dövlət ardıcıl olaraq strateji tərəfdaşlıq
münasibətlərini inkişaf etdirərək müxtəlif sahələrdə, xüsusilə də kənd təsərrüfatında
mühüm uğurlar əldə ediblər. Kənd təsərrüfatı hər iki ölkənin milli
iqtisadiyyatında aparıcı yer tutur, ərzaq təhlükəsizliyinin təmin edilməsində,
ixrac potensialının artırılmasında və kənd yerlərinin sosial-iqtisadi
inkişafında mühüm rol oynayır. Bu baxımdan, Özbəkistan və Azərbaycan arasında kənd
təsərrüfatı əlaqələrinin dərinləşməsi ikitərəfli maraqlara xidmət etməklə
yanaşı, regional iqtisadi sabitliyin təmin olunmasına da zəmin yaradır.
2017-2025-ci
illər ərzində tərəflər kənd təsərrüfatı məhsullarının ticarətinin artırılması,
birgə aqroklasterlərin yaradılması, qabaqcıl texnologiyaların tətbiqi,
logistika infrastrukturunun təkmilləşdirilməsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq
kimi sahələrdə bir sıra mühüm təşəbbüslər həyata keçirib. Yüksək siyasi iradə,
hökumətlərarası sazişlər və iqtisadi forumlar sayəsində kənd təsərrüfatının
inteqrasiyası praktiki nəticələr verib: ticarət dövriyyəsinin həcmi dəfələrlə
artıb, birgə istehsal layihələri həyata keçirilməyə başlanıb, elm və innovasiya
sahəsində strateji əməkdaşlıq formalaşıb. Son illər Özbəkistan və Azərbaycan
arasında yaşıl dəhliz formatında gömrük nəzarəti prosedurları işlənib
hazırlanıb. Bu sistem “bir pəncərə” prinsipi əsasında kənd təsərrüfatı məhsulları
üzrə sadələşdirilmiş bəyannaməni, operativ laboratoriya nəzarətini və tranzit sənədlərini
nəzərdə tutur. Bu yanaşma xüsusilə tez xarab olan məhsulların (albalı, nar, tərəvəz,
giləmeyvə) ticarəti üçün əlverişlidir. Bu prosedurlar Hökumətlərarası Komitənin
bu ilin iyununda Bakıda keçirilmiş 14-cü iclasında müzakirə edilib və burada
qabaqcıl Avropa təcrübəsinin tətbiqi ilə bağlı razılıq əldə olunub. Özbəkistan
ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq regional inteqrasiya
proseslərində mühüm amil hesab olunur. Bu kontekstdə Azərbaycan Xəzər
regionunda, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində yer alır ki, bu da
Avrasiyanın irimiqyaslı bazarlarına çıxmaq üçün hər iki ölkənin
infrastrukturunun inteqrasiyasına imkan yaradır. Xüsusilə, Çin-Mərkəzi Asiya-Cənubi
Qafqaz-Türkiyə marşrutu üzrə Yeni İpək Yolu təşəbbüsləri çərçivəsində aqrar və
logistika sahəsində əməkdaşlıq xüsusi yer tutur.Ümumiyyətlə, 2017-2025-ci illər
ərzində Özbəkistan ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının
daşınması, saxlanması və ixracı infrastrukturu xeyli yaxşılaşıb. Logistika zəncirləri
rəqəmsallaşdırılıb, tranzit dəhlizləri şaxələndirilib, tərəfdaşlıq əsasında
infrastruktur layihələrinin icrasına başlanılıb. Bu nailiyyətlər kənd təsərrüfatı
ticarətində davamlı artımı təmin etməklə yanaşı, iki ölkə arasında iqtisadi
etimadı da gücləndirib.
Özbəkistanla
Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq ticarət və logistika
ilə məhdudlaşmır, həmçinin elm, texnologiya və kənd təsərrüfatı təhsili sahələrində
də dərinləşir. Belə inteqrasiya kadr hazırlığı sisteminin formalaşmasına, qabaqcıl
təcrübə mübadiləsinə və müasir kənd təsərrüfatının inkişafı üçün zəruri olan
innovasiyaların tətbiqinə töhfə verir.
Səfərova
Pərvanə,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.
Digər xəbərlər



