İki ölkə arasında imzalanmış sənədlər

İyulun
2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış
sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi olub.Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat
Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali
Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar.“Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və
ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət
Planını (“Yol xəritəsi”)” Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov
və Özbəkistanın kənd təsərrüfatı naziri İbroxim Abduraxmonov mübadilə
etdilər.“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə
Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və
gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu”nu Azərbaycanın
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın nəqliyyat
naziri İlxom Maxkamov mübadilə etdilər.“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası
arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına
çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və
həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”nı Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və
ticarət naziri Laziz Kudratov mübadilə etdilər.“Azərbaycan Respublikası ilə
Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı
Proqramı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın
investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə
etdilər.“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti
arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”i
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Özbəkistanın ali təhsil,
elm və innovasiya naziri Konqratbay Şaripov mübadilə etdilər.“Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan
Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında
sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası ilə
bağlı 2025-2027-ci illər üzrə Tədbirlər Planı”nı Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov
mübadilə etdilər.“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə
Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük
Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı
tanınması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və
Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.“Azərbaycan
Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti
köçürülmüş, oğurlanmış, itirilmiş və cinayət fəaliyyəti ilə əlaqəli mobil
cihazlar üzrə məlumat mübadiləsinin təşkili haqqında Saziş”i Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri
Baxtiyor Saidov mübadilə etdilər.“Azərbaycan Respublikası Hökuməti ilə
Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində
əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və
Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.“Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol
xəritəsi”ni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın
xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.Qeyd edək ki, səfər
çərçivəsində, həmçinin “Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma
münasibətlərinin qurulması haqqında Protokol”, “Qəbələ şəhəri ilə Nəvai şəhəri
arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli
Sosial Müdafiə Agentliyinin “İMKON” reabilitasiya mərkəzli dövlət çoxsahəli
ixtisaslaşdırılmış məktəbəqədər təhsil müəssisəsi arasında xüsusi qayğıya
ehtiyacı olan uşaqlara xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində
əməkdaşlıq haqqında Protokol” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan
Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin yanında
“International Inclusive Hub” Beynəlxalq inklüziv peşə baza təhsili mərkəzi
arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən
həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin
inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının
sədri
Digər xəbərlər



