Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir.

Xankəndi şəhərində İqtisadi
Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi Azərbaycan üçün
növbəti tarixi hadisə kimi yaddaşlara yazıldı. Azərbaycan təşkilatın 2 Zirvə görüşünə
evsahibliyi etmişdi. Amma bu dəfə sammitin suverenliyini tam bərpa etmiş
ölkəmizin gözəl şəhərlərindən biri olan Xankəndidə keçirilməsinin Prezident
İlham Əliyevin söylədiyi kimi xüsusi mənası var. Dost və qardaş ölkələrin
liderlərinin Qarabağ torpağına növbəti səfərləri, Prezident İlham Əliyevin
işğaldan azad etdiyi ərazilərdə cəmi 5 ilə yaxın müddətdə yaratdığı xarüqələri
canlı seyr etmələri Azərbaycanı istəməyən, yüksəlişini həzm edə bilməyən
qüvvələrə tutarlı zərbə oldu.İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə
görüşü ölkəmizin müasir siyasi kursunun, iqtisadi hədəflərinin və regional
liderlik ambisiyalarının göstəricisi kimi qiymətləndirilə bilər. Həm simvolik,
həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyan sammit bir daha dünyanın diqqətini
Qarabağa yönəltdı. Beyəlxalq ictimaiyyət ilk növbədə son beş ildə həyata
keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini gördü. Eyni zamanda
Azərbaycanın həm təşəbbüskar ölkə olduğunu, həm də istənilən konfransa
yüksəksəviyyəli evsahibliyi təcrübəsinə sahibləndiyinə şahidlik
etdi. Xankəndi sammiti bir daha göstərdi ki, bu gün paytaxt Bakı ilə
yanaşı, artıq azad edilmiş ərazilərimiz də beynəlxalq tədbirlər üçün ideal
məkandır. İndi azad Qarabağımız və Şərqi Zəngəzur xoşbəxt günlərini
yaşayır. Zirvə görüşü çərçivəsində atılan addımlar həm də türk birliyinin
daha da möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Digər təırəfdən İqtisadi
Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısı Azərbaycana mühüm dividendlər
qazandırdı. Ölkəmiz bu təşkilatın fəal üzvüdür. 1985-ci ildə yaradılan
təşkilatda hazırda Azərbaycan, Türkiyə, İran və Pakistan ilə yanaşı Əfqanıstan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan da təmsil
olunurlar. Bu da onun türk-islam birliyinin güclənməsini şərtləndirən təşkilat
olduğunu göstərir.Cənubi və Mərkəzi Asiyadan tutmuş Orta Şərqə qədər geniş bir
coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq
Təşkilatı bu gün regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı
inkişaf üçün önəmli platforma rolunu oynayır.Zirvə görüşündə çıxış edən
Prezident İlham Əliyev qeyd etdi ki: "Azərbaycanın təşəbbüsü ilə bu il ilk
dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər
Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş
nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər.
ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin
fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir".
Prezident həmçinin 2026-cı ilin Şuşa şəhərinin "ECO-nun Turizm
paytaxtı" elan edilməsinə görə təşkilat üzvlərinə təşəkkürünü
bildirib.Xankəndi Zirvə görüşündə müzakirə edilən məsələlər iqtisadi sahədə
əməkdaşlığı dərinləşdirmək üçün real imkan yaratdı. Bu sammit eyni zamanda
Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional
əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi.
Elşad Əhmədov,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



