“Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.”

Bütün xalqlarda olduğu
kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca
amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə
olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın
ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını
qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan
xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu
babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı
göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs
vətəndaşlıq borcudur.
Ümummilli Liderimiz
Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq
əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu
babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı
göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz
qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq
müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət
rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.Azərbaycan dilinin ölkənin
dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox
böyük xidmətləri olmuşdur.Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə
Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır
1978-ci il aprelin 2-də IX
çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası
Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin
yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin
təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur:
“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1978-ci il Konstitusiyası
həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük
xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər
Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu
aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər
Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər
bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə
qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində
mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.
Ümummilli lider Heydər
Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif
vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və
qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması
və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Ölkə başçısı ana dilinin inkişafı ilə əlaqədar fəaliyyətini bir neçə
istiqamətdə qururdu. Bunlardan birincisi, heç şübhəsiz ki, Ulu Öndər bu sahədə
həmişə şəxsi nümunə olmuşdur. Ümummilli Lider 1970-ci ildə Bakı Dövlət
Universitetinin 50 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda ana
dilində çıxış etdi. Dahi rəhbərin ana dilinə verdiyi qiymət, bu dilin inkişafı,
yayılması, böyük ictimai-siyasi mövqeyə malik olması üçün gördüyü işlər
cəmiyyətdə milli şüurda həmişə öz təsir gücünü saxlayırdı.
Samir Cəfərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər



