Neftçalada 5 uşaq anası intihar edib.

2019-05-25 Baxış: 1113
img

25.05.2019

Bu gün gecə saat 01:30 radələrində Neftçala rayonunda intihar hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Neftçala rayonunun Xəzərkənd kəndinin sakini, 1989-cu ildə anadan olmuş Turanə Gülhüseyn qızı Sərhədova özünü həyətlərindəki qarajdan asaraq intihar edib.

Hələlik intiharın dəqiq səbəbi müəyyən olunmasa da, hadisənin ailənin qaytara bilmədiyi borc ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.