Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurlarla eyni səviyyədədir.

Prezident
İlham Əliyevin birbaşa nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə
başladılan yenidənqurma və bərpa işləri nəticəsində mənfur düşmənin 30 il ərzində
xarabalığa çevirdiyi şəhər və kəndlərimizdə həyat yenidən canlanır.
Genişmiqyaslı bərpa və quruculuq işləri hər ötən gün özünün ən yüksək səviyyəsinə
çatır. Hazırda çiçəklənmə dövrünü yaşayan Şərqi Zəngəzurun dilbər guşəsi
olan Laçın rayonu da sürətlə dirçəldilərək abad məkana çevrilir. Ermənilərin
viran qoyduğu doğma torpaqlarımız "Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində
gerçəkləşdirilən bərpa və quruculuq işləri sayəsində xeyli dirçəlib.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il mayın 28-də Laçına
növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz
doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı
və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün
bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox
böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin
müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Doğrudan
da Laçının müasir siması şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və
quruculuq işlərinin böyük zövq və yüksək keyfiyyətlə aparıldığını təsdiq
edir. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş
şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı
sahəsi olan fərdi evlərə üstünlük verilməklə yanaşı ərazidə çoxmənzilli
binaların tikilməsi, şəhərə xüsusi gözəllik verir. Laçın şəhərində vaxtilə
yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında
bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait
yaradılıb.
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də
imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust
tarixi Laçın şəhəri günü kimi ölkə başçısı cənab İlham Əliyevə minnətdalıq
hisiilə qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində
olduqları doğma evlərinə qayıdışdan qürur və sevinc hissi keçirirlər. Bu
bir daha sübut edir ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz
və ləyaqətlə qayıdışı dövlət siyasətinin prioritetlərindəndir. Ona görə də
Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə icra edilən Böyük qayıdış proqramı
çərçivəsində işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində işlər
intensiv şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin işğaldan azad
edilmiş şəhər və kəndlərimizə qayıdışı sürətlə icra olunur.
Mehti Miriyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



