26 avqust – Laçın şəhəri günü

Azərbaycan
tarixinin şanlı səhifələrindən biri də məhz Laçının işğaldan azad olunmasıdır.
2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər nəticəsində dövlətimizin
ərazi bütövlüyü bərpa edildi, xalqımızın uzun illər həsrətlə gözlədiyi
torpaqlarına qayıdış arzusu gerçəyə çevrildi. Bu gün Laçın özünün müasir
inkişaf dövrünə qədəm qoyaraq yenidən doğma sakinlərini qucaqlayır.
Uzun
illər işğal altında qalan Laçının azad olunması yalnız hərbi qələbə deyil, həm
də tarixi ədalətin bərpası idi. Bu Zəfər Azərbaycan xalqının birliyini,
ordumuzun gücünü və dövlət başçımız cənab İlham Əliyevin qətiyyətli liderliyini
bütün dünyaya nümayiş etdirdi.
Laçının
azadlığı uğrunda döyüşlərdə igidlik göstərmiş hərbçilərimiz dövlətimiz tərəfindən
“Laçının azad olunmasına görə” medalı ilə təltif olunublar. Bu mükafat təkcə qəhrəmanlığa
verilən qiymət deyil, həm də gələcək nəsillərə vətənpərvərlik örnəyidir.
Prezident
İlham Əliyevin sözləri Laçının gələcək inkişaf yolunu aydın təsvir edir:
“Biz
öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki,
Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa,
bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər
şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də
Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə
olsun.”
Laçının
strateji mövqeyi bu bölgəni təkcə Azərbaycanın deyil, bütün regionun mühüm mərkəzinə
çevirir. Burada həyata keçirilən infrastruktur layihələri, yeni nəqliyyat xətləri,
enerji və sənaye müəssisələri Laçının beynəlxalq statusunu daha da gücləndirir.
Azad
olunmuş Laçında bərpa və quruculuq işləri geniş vüsət alıb. Sənaye zonasında
müxtəlif müəssisələrin yaradılması bölgənin iqtisadi inkişafına mühüm töhfə
verir:
Mebel
fabriki – illik 3 min kubmetr istehsal gücünə malikdir. Hazırda burada 54 nəfər
çalışır, onların əksəriyyəti laçınlılardır.
Prefabrik
modul evlərin istehsalı müəssisəsi – ildə 200 ev hazırlanır. Zəlzələyə davamlı,
ekoloji təmiz və sərfəli olan bu evlərin istehsalı ilə 100 nəfər işlə təmin
olunub.
Heyvandarlıq
məntəqəsi – ildə 17 min baş heyvan kəsiminə imkan verir, burada 30 nəfərin
daimi məşğulluğu nəzərdə tutulur.
Bu
müəssisələr Laçının iqtisadi həyatını canlandırmaqla yanaşı, əhalinin sosial
rifahının yaxşılaşdırılmasına da xidmət edir.
2023-cü
ilin 28 may tarixindən etibarən laçınlıların doğma torpaqlara qayıdışı
başlanıb. Sakinlərin evlərinə qayıtması Laçının həyatına yeni nəfəs verərək bölgədə
sosial dirçəlişin əsasını qoyub.
İşğaldan
azad olunmuş Zabux kəndi də sürətlə yenidən qurulur. Burada müasir yaşayış evləri,
sosial obyektlər və infrastruktur layihələri icra olunaraq kənd sakinlərinə
rahat həyat şəraiti yaradılır.
Dövlətimizin
başçısı azad olunmuş Laçına dəfələrlə səfər edərək aparılan işlərə şəxsən nəzarət
edib.
26
avqust – Laçın şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında əbədi qalacaq
bir gündür. Bu gün həm qəhrəmanlıq salnaməsi, həm də quruculuq və inkişafın rəmzidir.
Laçın bu gün təkcə işğaldan azad olunmuş torpaq deyil, həm də yeni Azərbaycanın
gücünü, qüdrətini və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən məkandır.
Aytən İmanova,
Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru, YAP fəalı.
Digər xəbərlər



