26 avqust - Laçın şəhəri günüdür.

2022-ci
avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə
götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu. 2022-ci il avqustun
26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz
həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə
son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust – Laçın Şəhəri
Günü kimi qeyd olunur. Azərbaycanın Vətən müharibəsində döyüş meydanında
qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və
Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb. Vətən
müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən,
Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib. Rəşadətli Azərbaycan
Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd,
Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər
rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil
olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və
Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.
Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya
aktını imzalamağa məcbur olması ilə müharibə başa çatıb.
Azərbaycanın
döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapıb
– Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində
qalıb və bununla da tarixi ədalət bərpa olunub.Vətən müharibəsi Azərbaycanın qələbəsi
ilə başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin
imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil
verilib.Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı
aparılan quruculuq işlərindən danışaraq deyib: “Biz öz doğma torpaqlarımızı
işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə
çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli
dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm
insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın
əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.30 illik işğal dövründə Ermənistan
tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni
irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz
dağıdılaraq vandalizmə məruz qalıb.İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur
hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı
bərpa və yenidənqurma işləri aparılır.
Cənab
Prezident İlham Əliyevin də dediyi kimi: “Biz öz doğma torpaqlarımızı
işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə
çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli
dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm
insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın
əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bu arzuların sürətlə həyata
keçməsi hər bir azərbaycanlını sevindirir.
Pərvanə
Səfərova,
Hacıqabul
Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi, YAP fəalı.
Digər xəbərlər



