2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.

2020-ci
il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın
müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə
yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan
Qarabağımızı işğaldan azad etdilər.
Həmin
il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli
müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri
bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın
şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin
gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı.
Ötən
vaxt ərzində burada çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir
tikinti meydançasını xatırladır. Bu gün Laçın Beynəlxalq Hava Limanının
tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin tikintisi aparılır. Ötən
il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin,
“Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın,
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik
stansiyalarının açılışı keçirilib.
2023-cü
ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start
verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya,
pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələr döğma yurdlarına qayıdıblar. Bu günə kimi Laçın şəhəri 552 ailəyə qucaq
açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində
vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi
əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait
yaradılıb.
Qzanılan
zəfərdən keçən dörd ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz
tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa,
abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata
keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün
nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi
ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Artıq
Laçında 620-i fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmənzilli bina olmaqla
700 bina inşa edilib və bu işlər davam edir. Prezident İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad
edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və bu Sərəncama əsasən 26
avqust Laçın şəhəri günü kimi müəyyən olub. Ötən il avqustun 26-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın
şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində
iştirak ediblər.
Həmçinin
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın
suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə
olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış
məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət
kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin
olundu.
Prezident
İlham Əliyev 2023-cü il avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki
çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi
bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi
bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində
etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
Prezident
İlham Əliyevin son dörd ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri,
Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur
layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri
nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan
xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini
cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir
və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı
zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün
dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən
təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır”.
Azərbaycan
xalqı necə ki, 44 günlük İkinci Qarabağ – Vətən müharibəsində əzmkarlıqla öz
torpaqlarını qorudu və işğaldan azad etdi, bundan sonra da Azərbaycan
Prezidentinin bəyan etdiyi kimi, öz torpaqlarının cənnətə çevrilməsi istiqamətində
aparılan işləri dayandırmayacaq. Bu, bir tərəfdən Azərbaycan xalqının birliyini
ifadə edən yanaşmadır, digər bir tərəfdən isə bu gün dünyada baş verən siyasi
katoklizmlərin, mövcud olan münaqişələrin həlli istiqamətində ölkəmizin sülhməramlı
qüvvə olaraq çıxış etməsinin, bölgədə sülhün təmin olunması üçün təkbaşına
bütün işləri gördüyünün əyani sübutudur.
Bu
gün istər işğaldan azad olunmuş torpaqlarımıhda, istərsə də regionlarımızda
görülən işlər, İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü
ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. “Zamanla bütün Qarabağ
abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz”, -deyən Azərbaycan Prezidenti
İlham Əliyev hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir
ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün
önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç
kəs maneə ola bilməz.
Ceyhun Cəfərov,
Hacıqabul rayon Rəncbər kənd tam
orta ümumtəhsil məktəbinin director əvəzi,
YAP
fəalı.
Digər xəbərlər



