Azad Laçın və əhəmiyyətli layihələr.

Vətən
müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən
2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.
2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə
keçdi. Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26
avqust tarixində təntənəli şəkildə qeyd edilir.
2022-ci
il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün,
avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan
Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün
laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın!
Yaşasın Azərbaycan!”.
Laçın
rayonu 30 illik işğal dövründə Ermənistan tərəfindən dağıdılaraq vandalizmə məruz
qalıb.Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən
öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi,
rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən,
Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti
apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul
olub.
Nəhayət
ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyuldu və Azərbaycan
xalqı özü ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq qanunların aliliyini və
tarixi ədaləti də bərpa etdi. Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz
kimi, Laçın rayonunda da böyük quruculuq və abadlıq işləri həyata keçirilir.
Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır. Laçın şəhərinin Baş planı
hazırlanıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər"
yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə",
müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və
innovativ mərkəzə çevriləcək. Regionun strateji əhəmiyyətini artıran ən mühüm
amillərdən biri isə Laçında beynəlxalq hava limanının inşasına başlanmasıdır.
Bu hava limanının inşası bölgənin beynəlxalq statusunu artırmaqla yanaşı, mülki
aviasiya, yükdaşıma və hərbi baxımdan da böyük əhəmiyyətə malikdir. Laçın
rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bölgənin
sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına
kömək edəcəkdir. Mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik
mərkəzlərin yaradılmasına da töhfə verəcək və o, Azərbaycanın dəniz səviyyəsindən
ən hündürdə yerləşən aeroportu olacaqdır.
Bu
gün laçınlılar 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi
ilə yaşayırlar.
Zərəngiz Abasova,
Hacıqabul rayon Qarasu kənd tam orta
ümumtəhsil məktəbinin direktoru,
YAP
fəalı.
Digər xəbərlər



