Tarixi ədalətin təntənəsi!

Müasir
dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Şanlı Vətən müharibəsində Müzəffər
Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu düşmənə
layiqli, sarsıdıcı zərbə vuraraq 30 il ərzində işğal altında qalan
torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu.
Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə
etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin
1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl,
noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan
Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun
26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Tarixi
zəfərdən sonrakı dövr ərzində ölkə Prezidentinin müvafiq tapşırığına əsasən
işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start
verilmişdir. Erməni vandalları 30 illik işğal dövründə şəhər və kəndlərimizi,
tarixi mədəniyyət abidələrimizi məhv etmiş, dövlətimizə ciddi maddi və mənəvi
ziyan vurmuşdur. Bu gün Azərbaycan dövləti tək başına, daxili maliyyə vəsaitləri
hesabına işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpa işlərini uğurla
davam etdirir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan
azad olunmuş ərazilərdə o cümlədən Laşın rayonunda geniş miqyaslı tikinti
quruculuq işləri bu gündə uğurla davam etdirilir və Böyük Qayıdışın növbəti mərhələsi
olan Laçına qayıdış, artıq başlanıb.
Qeyd
edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust “Laçın Şəhəri Günü”
elan edilib. Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım
Əliyevanın Laçın rayonuna səfəri, səfər zamanı rayon sakinləri ilə səmimi
görüşü hər birimizi çox qürurlandırdı.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə Laçın rayonunda bütün infrastruktur layihələri
uğurla reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su
Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin
elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan
elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini
və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin
edəcək.
Həmçinin
Prezident İlham Əliyevin Sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil
yolunun uzunluğu 72,8 kilometrdir. Laçın rayonunda həyata keçirilən digər böyük
layihə beynəlxalq hava limanının tikintisidir.
İşğaldan
azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli
Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
Xüsusilə
bir daha qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərimizdə yol, dəmiryol
nəqliyyatı infrasturukturunun, sənaye parklarının, hava limanlarının və bir
sıra strateji əhəmiyyətə malik obyektlərin inşası istiqamətində qısa müddət ərzində
böyük işlər görülmüşdür və bu proses bu gündə uğurla davam etdirilir.
Bəxtiyar Ələkbərov,
YAP Hacıqabul rayon təşkilatının ərazi
partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



