Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda
mübarizə tarixi müxtəlif mərhələlərdən keçmişdir. 2020-ci ildə əldə edilən Qələbə və
üçtərəfli Bəyanatdan sonra bölgədə sülhün bərqərar olunacağı gözlənilsə də,
Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçı ünsürlər Qarabağ
ərazisində fəaliyyətlərini davam etdirirdilər. Bu isə Azərbaycan dövlətinin
haqlı narahatlığına və yeni təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb oldu.
Nəticə etibarilə, 2023-cü ilin 19–20 sentyabr tarixlərində lokal xarakterli
antiterror əməliyyatı həyata keçirildi.
Üçtərəfli
Bəyanata baxmayaraq, Ermənistan ordusunun birləşmələri Azərbaycan ərazisindən
çıxarılmamış, əksinə, yeni hərbi texnika və canlı qüvvə ilə mövqelərini
gücləndirmişdir. Separatçı rejim “prezident” və “parlament” seçkiləri təşkil
edərək dövlətimizin əleyhinə bəyanatlar verir, Azərbaycan ərazisində qanunsuz
minalar basdırılır, mütəmadi hərbi təxribatlar törədilirdi. Bununla yanaşı
Şuşa-Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin etirazlarına səbəb olan
ekoloji qanunsuzluqlar müşahidə edilirdi, 2023-cü ilin sentyabrında baş verən
mina partlayışları nəticəsində hərbçilərimiz və mülki şəxslər şəhid olmuşdu.
Bütün
bu faktlar göstərirdi ki, bölgədə separatizmin mövcudluğu təhlükənin qalması
deməkdir.
Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da lokal
antiterror əməliyyatına başladı. Əməliyyatın əsas məqsədləri Ermənistan silahlı
qüvvələrinin və qeyri-qanuni dəstələrin tərksilah edilməsi, təxribatların
qarşısının alınması və ölkə konstitusiya quruluşunun bərpası idi.
Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi. Yüksək
dəqiqlikli silahlarla düşmənin hərbi obyektləri sıradan çıxarıldı, Qısa müddət
ərzində 406 kvadratkilometr ərazi tam nəzarət altına alındı, Ermənilərə məxsus
yüzlərlə texnika və minlərlə silah-sursat ələ keçirildi, Ən önəmlisi isə
əməliyyat zamanı mülki əhalinin qorunması üçün xüsusi tədbirlər görüldü.
Azərbaycan tərəfi həm SMS, həm də səsgücləndiricilər vasitəsilə əhalini
xəbərdar edərək onları təhlükədən uzaq tutdu,
Əməliyyat nəticəsində Ermənistan ordusunun qalıqları
Azərbaycan ərazisini tərk etdi, separatçı rejim ləğv edildi, rəhbərləri həbs
olundu, Qarabağın erməni sakinlərinə reinteqrasiya imkanları yaradıldı, 2023-cü
il sentyabrın 28-də qondarma rejimin rəsmən buraxılması ilə bölgədə separatizmə
son qoyuldu.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Xocavənd
və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq dövlət suverenliyimizin
tam bərpa olunduğunu bütün dünyaya bəyan etdi.
2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı
Azərbaycanın müasir tarixində strateji əhəmiyyət daşıyan bir dönüş
nöqtəsi oldu. Bu əməliyyat yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın
beynəlxalq hüquqa uyğun şəkildə öz suverenliyini təmin etməsi nümunəsi idi.
Əldə olunan nəticələr göstərdi ki, Azərbaycan dövləti həm güclü ordusu, həm də
qətiyyətli siyasi iradəsi ilə bölgədə sülhün və təhlükəsizliyin yeganə
təminatçısıdır.
Elmira
Kazımova,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər



