Xocalını azad görmək xoşbəxtlikdir.

Xocalı
şəhidlərinin qisası Ali Baş Komandanın “Dəmir Yumruq”u və Müzəffər Azərbaycan
Ordusunun əzmi nəticəsində alındı. Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir Yumruq” əməliyyatını
həyata keçirdi. 2020-ci ilin sentyabrında başlayan bu əməliyyat nəticəsində Azərbaycan
əsgərləri işğal altında olan torpaqları bir-bir azad etdi. Azərbaycan Ordusu
düşmənə elə bir zərbə endirdi ki, 30 il ərzində qurulan bütün müdafiə xətləri
bir-bir dağıldı və 30 illik işğala birdəfəlik son qoyuldu. Müharibə dövründə Azərbaycan
əsgərləri və zabitləri yüksək döyüş ruhu, şücaət və qəhrəmanlıq nümayiş etdirərək
düşməni darmadağın etdilər. Xüsusilə Xocalının azad edilməsi Azərbaycan xalqı
üçün böyük əhəmiyyət daşıyırdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal
antiterror tədbirləri nəticəsində Azərbaycan Xocalını tam nəzarətə götürdü və şəhərdə
üçrəngli bayrağımız dalğalandı. Bu,
Xocalı soyqırımının qurbanları üçün bir ədalət təcəssümü idi. İndi Xocalı
azaddır və burada Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa işləri həyata
keçirilir. Bir vaxtlar qırğın meydanına çevrilən bu şəhər tezliklə yenidən çiçəklənən
bir məkana çevriləcək. Xocalının azad olması həmçinin, Xocalı şəhidlərinin
ruhuna ən böyük ehtiram idi.
Müzəffər
Azərbaycan Ordusu Xocalının qisasını almaqla yanaşı, bütün Qarabağ və Şərqi Zəngəzuru
düşməndən təmizlədi. Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu və
Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu, təkcə hərbi zəfər
deyil, həm də tarixi ədalətin bərpası idi. Azərbaycan əsgərinin qəhrəmanlığı və
Ali Baş Komandanın siyasi-diplomatik iradəsi sayəsində bu böyük qələbə
qazanıldı.
Azərbaycan
xalqı Xocalı şəhidlərinin xatirəsini daim yaşadacaq. Hər il fevralın 26-da bu
faciə dərin hüznlə anılır, eyni zamanda Azərbaycanın gücü və birliyi nümayiş
etdirilir. Artıq Xocalı haray çəkən bir şəhər deyil, azad və firavan gələcəyə
addımlayan bir diyardır. Bu, Azərbaycan Ordusunun və xalqının birliyinin,
gücünün və mübarizliyinin ən böyük sübutudur. Xocalı soyqırımı
heç vaxt unudulmayacaq. Lakin bu faciənin acısını yaşayan xalq indi qalib ölkənin
vətəndaşıdır. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində şəhidlərimizin qanı
yerdə qalmadı, ədalət bərpa olundu və torpaqlarımız işğaldan azad edildi. İndi
Xocalı və Qarabağ bütövlükdə dirçəlir, bu torpaqlarda quruculuq və firavanlıq
dövrü başlayır. Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaq! Şəhidlərimizin
qanı yerdə qalmadı, ədalət bərpa olundu, Azərbaycan qalib xalq kimi tarix
yazdı!
Gülmirə Səfərova,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya
təşkilatının sədr müavini
Digər xəbərlər



