20 Sentyabr – Dövlət Suverenliyi Günüdür.

Azərbaycan
xalqının müasir tarixində xüsusi yeri olan 20 sentyabr – Dövlət Suverenliyi
Günü, milli dövlətçiliyimizin möhkəmlənməsi və müstəqil inkişaf yolunda mühüm mərhələdir.
1991-ci
ilin sentyabrında qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi
haqqında Bəyannamə” xalqımızın əsrlər boyu arzuladığı azadlıq ideallarının gerçəkləşməsinə
zəmin yaratdı. Bu tarixi sənəd Azərbaycan dövlətinin müstəqilliyini dünyaya bəyan
edən ilk addım oldu və gələcək siyasi-hüquqi qərarların əsasını qoydu.
Müstəqillik
ideyalarının gerçəkləşməsi yolunda ulu öndər Heydər Əliyevin müdrik siyasəti və
Azərbaycan xalqının iradəsi həlledici rol oynadı. Dövlət müstəqilliyinin
qorunması, milli maraqların təmin olunması, siyasi və iqtisadi sabitliyin bərpa
edilməsi məhz ulu öndərin uzaqgörən strategiyası nəticəsində mümkün oldu.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan dövlətçiliyi daha da möhkəmlənmiş,
ölkəmiz beynəlxalq aləmdə nüfuzlu tərəfdaşa çevrilmişdir. Güclü ordu, dayanıqlı
iqtisadiyyat və qətiyyətli siyasi iradə sayəsində Azərbaycan bu gün regionun
lider dövləti kimi tanınır.
20
Sentyabr – Dövlət Suverenliyi Günü xalqımız üçün yalnız tarixi xatirə deyil, həm
də müstəqilliyin əbədiliyinin təsdiqidir. Bu gün biz gənc nəslə dövlətçilik
ideallarını, vətənpərvərlik ruhunu aşılayaraq, Azərbaycan Respublikasının
suverenliyini gələcək nəsillərə ötürmək məsuliyyətini daşıyırıq.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



