Dövlət Suverenliyi Günü Azərbaycan xalqının mətanətini və mərdliyini əks etdirir

Hər
bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf
etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi
çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik,
dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə
sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə
edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Belə
ki, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam
imzalayıb. Sərəncamda bildirilir ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən
başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə
pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və
hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin
20 faizini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan
torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə
cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib,
ölkəmizin təbii resursları talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən
olan Xocalı soyqırımı törədilib. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti
hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il
sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan
Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb.
Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına
və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.
2023-cü
il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin
qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə
Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də
başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına
qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti
parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa
edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər
sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar
olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Prezident İlham Əliyev Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun
aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin
bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsini qərara alıb.
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.
Digər xəbərlər



