Azərbaycanı ucaldan zəfər.

Prezident
İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20
sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd
edilir.
27
sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin
döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə
tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr
kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən susduruldu və
44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.Azərbaycan
xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son
qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız inanırdı
ki, bu gün gələcək. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində öz
yurd-yuvasından ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur
olmuşdur. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi
azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin
iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində
işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər
və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla
dollar dəyərində maddi ziyan vurmuşdur. İşğal zamanı mülki və təsərrüfat
obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv
edilmişdir
2020-ci
il 27 sentyabr tarixində isə mövcud atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan
silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə
intensiv zərbələr endirməklə yanaşı,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana
qarşı növbəti təcavüzə başladılar.
Ermənistanın
Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə
boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən
Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri
azad etməyə başladı. İkinci Qarabağ müharibəsi 30 ilə yaxın gözlədiyimiz tarixi
ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə II Qarabağ müharibəsi, Vətən
müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə daxil olan əzəli və
tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu.
Müharibə
zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək
Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən
oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün
bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri
qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.Bu gün Azərbaycan dövləti qalib
dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi
yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi
və tarixi ədalətin təntənəsidir. Xalqın "dəmir yumruq"da birləşərək
düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın
"Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı
dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən
uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil
üçün silinməz, unudulmaz dastan yazdılar.44 günlük Vətən savaşının bir günü bəlkə
də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan
xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı
bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də
yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli Ordumuza və Müzəffər Ali Baş
Komandana eşq olsun, - deyirik!
Səyavuş Məmmədov,
YAP Hacıqabul rayon təşkilatının ərazi
partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



