Neftçalada "Heydər Əliyev və Azərbaycan" adlı oxu bayramı keçirilib

2019-05-27 Baxış: 1105
img

28.05.2019

27 may 2019-cu il tarixində Neftçala rayon Mərkəzi Kitabxana Sistemində "Heydər Əliyev və Azərbaycan" adlı oxu bayramı tədbiri keçirilmişdir. Tədbiri Mərkəzi Kitabxananın direktoru Gülnarə Qasımova açaraq gələn qonaqlara tədbir barədə ətraflı məlumat vermişdir.

MAYAKİNFO xəbər verir ki, həm Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə, həm də 28 May Respublika Günü ərəfəsində təşkil olunmuş bu tədbirdə kitablar sərgilənmiş, məktəblilərin dilindən şeirlər səsləndirilmişdir. Oxu bayramında "Heydər Əliyev və milli ədəbiyyatımız" və "Vətənim Azərbaycan" adlı qiraət müsabiqəsi keçirilib. Müsabiqədə Neftçala şəhər 1, 2, 3, 4 saylı, Bankə qəsəbə 1 saylı, Həsənabad qəsəbə orta məktəblərinin və Muğan liseyinin şagird və müəllim kollektivi iştirak edib. Müsabiqələrin qalibləri -  Bankə qəsəbə 1 saylı orta məktəbin müəllimi Qəmbərova Qəmərxanım və Neftçala şəhər 1 saylı orta məktəbin VIII sinif şagirdi Kərimova Fatimə olmuşdur.

Sonda Gülnarə Qasımova müsabiqə qaliblərinə diplom və  kitab hədiyyə edib.