3 oktyabr 1993-cü il – Azərbaycan tarixində dönüş nöqtəsi.

Azərbaycanın
müasir dövlətçilik tarixində 3 oktyabr 1993-cü il xüsusi əhəmiyyət kəsb edir. Həmin
gün ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti
seçildi. Bu tarixi hadisə dövlətçiliyimizin qorunub saxlanılması, müstəqilliyimizin
əbədi olması və xalqımızın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi
baxımından mühüm dönüş nöqtəsi oldu.
Prezident
seçildikdən sonra Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qorumağı,
onun dönməzliyini təmin etməyi başlıca vəzifə kimi müəyyənləşdirdi:
“Azərbaycanın
dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət
müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”
Ulu
Öndərin qətiyyətli siyasəti nəticəsində cinayətkarlıq və hüquq pozuntularına
qarşı barışmaz mübarizə aparıldı, ölkədə sabitlik və təhlükəsizlik bərpa
olundu. Bu, əsaslı dəyişikliklərə və dövlət quruculuğu prosesinin möhkəmlənməsinə
yol açdı.
Heydər
Əliyev Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə layiqli yer
tutmasını təmin etdi. O, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına və ölkəmizin
dünya birliyinə inteqrasiyasına nail oldu. Xarici siyasət kursu uğurlu və
ardıcıl şəkildə həyata keçirildi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması əsas istiqamətlərdən biri oldu.
Ümummilli
Lider dəfələrlə vurğulayıb ki, müstəqillik hər bir azərbaycanlı üçün ən müqəddəs
məqsəd və ali vəzifədir. Onun sözləri ilə desək:
“Bizim,
Azərbaycan dövlətinin çox gözəl gələcəyi var. Biz bu gələcəyi müstəqillik
yolunda görürük. Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən
böyük sərvətdir.”
Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız dövlət müstəqilliyini möhkəmləndirmədi,
həm də sülhsevər siyasət yürüdərək bölgədə sabitliyin və əməkdaşlığın təşviqinə
çalışdı:
“Azərbaycan
sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə
sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq."
3
oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsi müstəqil dövlətimizin tarixi inkişaf yolunun ən mühüm mərhələlərindən
biri oldu.
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin
direktoru, YAP fəalı.
Digər xəbərlər



