Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə hakimiyyətə qayıdışı – Azərbaycanın xilası.

Artıq
32 il geridə qalıb. 1993-cü ilin 3 oktyabrı Azərbaycan tarixində bir dönüş nöqtəsi,
bir xilaskar gün kimi qalıb. O illərdə dövlət müstəqilliyimiz yenicə
qazanılmışdı, lakin ölkə ağır fəlakətlər burulğanına düşmüşdü. Siyasi böhran,
hakimiyyət uğrunda mübarizə, parçalanma təhlükəsi, iqtisadi iflic, vətəndaş
qarşıdurmaları… Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal
edilir, minlərlə insan yurd-yuvasından didərgin düşürdü. Dövlət idarəçiliyi
iflic vəziyyətində idi, xalq ümidini itirmək ərəfəsində idi. Azərbaycan sanki məhv
olmaq təhlükəsi qarşısında idi.
Məhz
belə bir anda xalqın nicatı bir şəxsiyyətdə – Heydər Əliyevdə idi. Xalqın təkidli
çağırışı ilə o, 1993-cü ilin iyununda Bakıya qayıtdı və dövlət idarəçiliyində məsuliyyət
yükünü üzərinə götürdü. Xalqın sarsılmaz iradəsi və etimadı nəticəsində 3
oktyabr 1993-cü ildə ümumxalq seçkilərində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi. Bu, sadəcə bir seçki deyildi – Azərbaycanın
dövlət kimi yaşaması və gələcəyə inamla baxması üçün tarixi dönüş anı idi.
Heydər
Əliyev o günlərdə söylədiyi sözlərlə xalqın yaddaşına əbədi həkk olundu:
“Mənim
həyatım da, fəaliyyətim də yalnız və yalnız doğma Azərbaycana xidmətə həsr
olunub.”
Ulu
Öndərin hakimiyyətə gəlişi ilə ilk növbədə ölkədə siyasi sabitlik yaradıldı. Vətəndaş
müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlət çevrilişi cəhdləri zərərsizləşdirildi,
hüquq-mühafizə orqanları gücləndirildi, milli ordunun qurulmasına başlanıldı.
Azərbaycan dövlətçiliyinin sütunları möhkəmləndi, xalq öz gələcəyinə inanmağa
başladı.
1994-cü
ilin payızında imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi inkişafında
tamamilə yeni mərhələ açdı. Heydər Əliyevin uzaqgörən neft strategiyası Azərbaycanın
gələcək iqtisadi müstəqilliyini təmin etdi. Onun məşhur kəlamı bu gün də
aktuallığını qoruyur:
“Azərbaycanın
dövlət müstəqilliyini əbədi, dönməz etmək üçün biz güclü iqtisadi dayaqlara
malik olmalıyıq.”
Heydər
Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi.
Geniş diplomatik əlaqələr quruldu, ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş
kimi qəbul olunmağa başladı. Onun balanslaşdırılmış xarici siyasəti sayəsində
Azərbaycan regionda sülhün, əməkdaşlığın və sabitliyin əsas dayaqlarından biri
oldu.
Heydər
Əliyevin hakimiyyətə gəlişi həm də milli-mənəvi dirçəlişin başlanğıcı idi. O,
Azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas prinsipi səviyyəsinə
yüksəltdi. Xalqı vahid amal ətrafında topladı, milli birliyi və həmrəyliyi möhkəmləndirdi.
Onun
ən çox yad edilən sözlərindən biri də budur:
“Mən
həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Bu
sözlər təkcə bir liderin şəxsi qüruru deyildi, həm də bütün millətə ünvanlanan
böyük bir çağırış idi.
3
oktyabr 1993-cü il Azərbaycan tarixində sadəcə bir siyasi qələbə deyil, dövlətimizin
və xalqımızın xilası idi. O gün Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan
parçalanmaqdan xilas oldu, sabitlik və inkişaf yoluna çıxdı, güclü dövlətçiliyin
təməli qoyuldu.
Bu
gün Azərbaycan möhkəm dövlətçilik ənənələri, beynəlxalq nüfuzu və qalib ordusu
ilə tarix yazırsa, bunun başlanğıcı məhz 1993-cü ilin 3 oktyabrından keçir.
İsmayıl Salmanov,
YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi.
Digər xəbərlər



