Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.

Azərbaycanın
dövlət bayrağı bütün beynəlxalq təşkilatlarının iqamətgahları qarşısında
dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim
dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.
Tarix
nadir hallarda bəşəriyyətə dahilər bəxş edir. Bu dahilər müxtəlif sferalarda öz
gücünü sınayır, öz töhvəsini verir. Tanrının Azərbaycan üçün ən böyük bəxşeşlərindən
biri də Heydər Əliyev kimi siyasi düha idi. Bu tarixi şəxsiyyətin böyüklüyü
onda idi ki, o Azərbaycanın ən ağır halında gəlib bu ölkəni cəhənnəm odundan
xilas etdi. Xilas etdi, ona görə ki, o bütün ruhu ilə bu xalqa, bu torpağa
bağlı idi. Azərbaycanı ondan yaxşı tanıyan, ondan çox sevən ikinci bir şəxs
yoxdur.
Dövlət
istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim
vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə
ilə möhkəmləndirməkdən ibarətdir. Azərbaycanı parçalamaq Azərbaycanın daxilində
və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də , əsrlərdən bəri ən bəd
niyyəti, istəyi, arzusu olmuşdur.
Azərbaycan
müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə
daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsinə çevrilməməlidir. Azərbaycan
bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz
hüquqlarının sahibidir və gələcəyini. firavan həyatını özü qurur. Bir vaxtlar
dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirdisə,
indi dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləyir, böyük
inamla hərəkət edir. Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa
çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş
nailiyyətləri əbədiləşdirməliyik.Bu, istər bizim, istərsə də gələcək nəsillərin
qarşısında duran strateji vəzifədir.
Azərbaycanın
dövlət müstəqilliyi, milli azadlığı əbədidir. Azərbaycan dövlət müstəqilliyi
bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi
biz daim qoruyub saxlayacağıq. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir.
Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli
azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə
yaşayırıq. Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini
qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir. Biz müstəqil Azərbaycan dövləti
yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt
heç yana əyə bilməsin, heç bir dövlət bizim, Azərbaycan xalqının milli
azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi
qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı
tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır. Gərək hər
bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına
itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə,
saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi
olsun. Bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi
qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən
ibarətdir. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək,
onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə
qaldırmaqdan ibarətdir.
Müstəqilliyi
əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin
yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək,
dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində
layiqli həyat tərzini təmin etmək daha çətindir. Azərbaycanın suverenliyi hər
bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Müstəqilliyin
əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması
bundan da çətindir. Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın,
müstəqilliyin əldə edilməsində, şübhəsiz ki, xalqımızın hər vətəndaşıının öz
yeri, öz payı, öz xidməti var. Müstəqillik naminə biz hər şeyə-hər çətinliyə, hər
əzab-əziyyətə dözməliyik.
Əsrlər
boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik
arzusu ilə yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna
nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün
canından da artıqdır. Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz
artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin həyatının hər
bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı
ilə, dünyada gedən proseslərlə bağlıdır.
Sovet
İttifaqı dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək öz müstəqilliyini
əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı
yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi
missiyanı hansısa xırda siyasətçilərin iddialarına, şıltaqlıqlarına, yaxud da
ki, ayrı-ayrı hay-küylərinə qurban verə bilərikmi? Bu heç vaxt ola bilməz.
Dövlətçilik
bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir.
Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır,
Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın
qəlbində olmalıdır. Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə
üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu
dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir,
bundan da böyük xoşbəxtlikdir.
Azərbaycanın
ərazi bütövlüyü bərpa olundu. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız
qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər
qarşısında borcumuzdur. Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla
döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi
dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz
inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır. Ən əsas nailiyyət ondan ibarətdir
ki, biz müstəqilliyimizi müdafiə etdik, onu qoruduq, möhkəmləndirdik, inkişaf
etdirdik və müstəqilliyimizi əbədi etdik. Xoşbəxtik ki, nəhayət, XX əsrin
sonunda Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini əldə edib və öz təbii
sərvətlərindən nə cür, hansı yolla istifadə olunmasını özü müəyyən edir. Hər
bir xalq, millət üçün milli azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey
yoxdur. Hər bir insan üçün vətən, torpaq, ölkə, müstəqil dövlət onun mənəviyyatı,
həyatı üçün çox yüksək anlayışlardır.
Qazanılmış
müstəqilliyin bir çox çətinlikləri, mürəkkəb halları dəf etdiyi, müxtəlif
islahatların çətinliklə aparıldığı, xarici xarakterli çox çətinliklərin olduğu
ölkələrdə nüfuzlu siyasi xadim gərəkdir. Elə bir adam gərəkdir ki, ona
inansınlar, öz talelərini ona etibar edə bilsinlər. Müstəqilliyi qorumaq,
saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir. Mən əminəm
ki, biz Azərbaycanın müstəqilliyini qoruyacağıq, saxlayacağıq və gələcək nəsillərə
müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik.
Azərbaycanın
müstəqil dövlət olaraq dövlət rəmzləri var. Himni dünyanın hər yerində səslənir,
milli gerbi Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdirir, dövlət
bayrağı Azərbaycanın üzərində uğurla dalğalanır və daim dalğalanacaqdır . İndi
dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli
himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünəlayiq yer
tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatlarının iqamətgahları
qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim
dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.
Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil
xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir.
Səkinə
Əsgərova,
Hacıqabul
rayonu Rövşən Mehbalıyev adına İkinci Udullu kənd tam orta ümumtəhsil məktəbin
məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı müavini, Azərbaycan dili
və ədəbiyyat müəllimi, YAP fəalı.
Digər xəbərlər



