4 Oktyabr – Cəbrayıl şəhəri günü “Qarabağın qəlbi yenidən dirçəlir”

Azərbaycan
tarixinin ən parlaq səhifələrindən biri – Cəbrayılın azad olunduğu gün 4
oktyabr 2020-ci il, xalqımızın yaddaşına Zəfər salnaməsinin şanlı səhifəsi kimi
həkk olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 27 ildən sonra doğma Cəbrayıl
torpağı düşmən işğalından azad edildi. Bu hadisə təkcə bir şəhərin deyil,
bütövlükdə Vətən torpaqlarının azadlığına gedən yolun başlanğıcı idi.
Bu
gün Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata
keçirilir. Azad olunmuş ərazilərdə yollar, körpülər, enerji və su xətləri,
sosial və mədəni obyektlər inşa olunur. Cəbrayıl şəhəri müasir memarlıq üslubunda
yenidən qurulur, regionun iqtisadi, sosial və turizm mərkəzinə çevrilir.
Cəbrayılın
azadlığı 30 ildən artıq həsrətin, doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsi
idi. Bu gün o torpaqlarda həyat yenidən canlanır, doğma yurduna dönmək həsrətində
olan cəbrayıllılar üçün yeni ümidlər doğurur. Cəbrayılın hər qarışı şəhid qanı
ilə suvarılıb və bu torpağın hər daşı mübarizənin, qəhrəmanlığın rəmzidir.
Cəbrayıl
şəhəri günü həm də Vətən müharibəsində əldə edilən Böyük Qələbənin rəmzlərindən
biridir. Bu gün Cəbrayıl azadlığın, dövlətimizin gücünün və xalqın birliyinin təcəssümünə
çevrilib. Qələbənin xatirəsinə abidələr, memorial komplekslər, parklar və mədəniyyət
ocaqları inşa edilir ki, gələcək nəsillər qəhrəmanlıq tariximizi qürurla
yaşatsınlar.
Prezident
İlham Əliyevin göstərişi ilə hazırlanan “Cəbrayıl şəhərinin 2040-cı ilədək
inkişafına dair Baş plan” rayonun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.
Plan çərçivəsində yaşayış məhəllələri, sosial obyektlər, sənaye və kənd təsərrüfatı
sahələri üçün müasir infrastruktur qurulur. Bu plan Cəbrayılı gələcəyin müasir,
ağıllı və ekoloji cəhətdən dayanıqlı şəhərlərindən birinə çevirməyi hədəfləyir.
Uzun
illər işğal altında qalan Maşanlı kəndində artıq həyat qaynayır. Yeni evlər, məktəblər,
sosial obyektlər və yollar salınır. Kəndin bərpası həm qayıdışın, həm də dövlətin
bölgələrə göstərdiyi diqqətin bariz nümunəsidir.
Dövlət
başçısının Cəbrayıla səfərləri bu torpaqlara olan qayğının və diqqətin ən real
göstəricisidir.
28
sentyabr 2023-cü ildə Prezident İlham Əliyev Cəbrayıl şəhərində inzibati
binanın təməlqoyma mərasimində, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa
edilən ilk yaşayış məhəlləsində və “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə
Mərkəzinin açılışında iştirak etmişdir.
18
may 2024-cü ildə isə dövlət başçısı Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu,
Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoymuşdur. Bu səfərlər işğaldan azad
edilmiş torpaqların yenidən dirçəlməsinin davamlı və məqsədyönlü siyasətin tərkib
hissəsi olduğunu sübut edir.
Cəbrayıl
bu gün Zəfərin, yenidənqurmanın və milli qürurun simvoludur. Azərbaycan xalqı əmindir
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl qısa zamanda Qarabağın ən
müasir və abad rayonlarından birinə çevriləcək.
4
oktyabr – Cəbrayıl şəhəri günü isə hər il qürurla qeyd ediləcək və xalqımızın
birliyi, mübarizliyi və yenilməzliyinin təntənəsinə çevriləcək.
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin
direktoru, YAP fəalı.
Digər xəbərlər



