Azərbaycanın beynəlxalq aləmdəki reytinqi getdikcə artır.

TAP
Trans Adriatik Boru Xətti Xəzərin Azərbaycan sektorundan təbii qazı
Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi
Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir
hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil
olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə
tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bu
boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə
qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna
qədər uzanacaq.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq
aləmdəki reytinqini getdikcə artırır, mövqeyini möhkəmləndirir. Azərbaycanın
ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə
inkişafı qarşılıqlı səfərlərin dinamikliyində, dövlətimizin başçısı İlham Əliyevin
iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibində özünün aydın ifadəsini
tapir. Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır.
Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar
atılır. Bu günlərdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri
zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının
açılışı da bundan xəbər verir. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü
2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı
irəli sürülmüşdü. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın
beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza
Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan
Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri
imzalanıb.
Azərbaycanın
xarici siyasət kursunda İtaliya ilə əlaqələrin daha da irəliyə aparılması mühüm
yer tutur. Bu gün İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas
siyasi, iqtisadi və ticari, nüfuzlu tərəfdaşıdır. İtaliya prezidenti isə Azərbaycanı
ölkəsi üçün ən nüfuzlu tərəfdaşlardan biri kimi təqdim etdi.
Enerji
sektoru Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunlarından biridir. İtaliya
Azərbaycanın neft və qazının əsas ixrac istiqamətlərindən biridir. Cənub Qaz Dəhlizi
çərçivəsində həyata keçirilən TAP (Trans Adriatik Boru Kəməri) vasitəsilə Azərbaycan
qazı İtaliyaya çatdırılır və bu, Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki
rolunu artırır. TAP layihəsi 2020-ci ildə tam istismara verildikdən sonra Azərbaycan
qazının Avropa bazarına çıxışı mümkün oldu və İtaliya bu qazın əsas alıcısına
çevrildi. 2023-cü ilin statistikasına görə, Azərbaycan İtaliyanın əsas qaz tədarükçülərindən
biri olmuşdur.
Azərbaycan
İtaliya qaz ticarəti TAP vasitəsilə həyata keçirilir. TAP Türkiyə Yunanıstan sərhədindən
başlayaraq Yunanıstan, Albaniya üzərindən Adriatik dənizini keçib İtaliyaya
çatır
Budaq
Cəfərov,
YAP
fəalı, Hacıqabul rayonu Abdulabad kənd N. Rüstəmov adına tam orta ümumtəhsil məktəbin
direktoru.
Digər xəbərlər



