2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac edilir.

Bu inkişaf strateji tərəfdaşlığa böyük töhfədir.
Sentyabrın
30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya
Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev İtaliya Prezidentinin Azərbaycana birinci rəsmi səfərinin
7 il bundan əvvəl baş verdiyini bildirib. İtaliya Prezidentinin ölkəmizə səfəri
onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl
strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir.Prezident İlham
Əliyev bildirib ki,”Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci
sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq
haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində
münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi
əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük.
İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə
ticarət dövriyyəmiz artmaqdadır.Energetika sahəsində bir çox önəmli layihələr
icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə
biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik.
Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi
vermişik” Qeyd edək ki, 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə
İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan
14 ölkəyə təbii qazı ixrac edir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər
verir. TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə
yol açır. Həmçinin elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan
Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi birgə əməkdaşlığın
həcmini daha da artıracaq,mühüm nailiyyətlər əldə olunacaq.Görüşdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, “Keçən dəfə Prezident
Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri
tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak
etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını
qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi
ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye
sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı.
Artıq
İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün
yeni bir təhsil ocağı olacaq”. Görüş zamanı son vaxtlar Avropa İttifaqı-Azərbaycan
əlaqələrində müsbətə doğru addımlar atıldığı vurğulanıb. Strateji tərəfdaşlığımızın
həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verdiyi
bildirilib. Prezident İlham Əliyev tərəfindən2020-ci ildə İtaliya-Azərbaycan
Universitetinin yaradılması təşəbbüsü irəli sqrqlqb. Layihəni həyata keçirmək
üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss
Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti,
Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə
akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti
binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin
iştirakı ilə Bakıda qoyulub.
Universitetə
tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda
burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr,
102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom
proqramıdır.Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi
“İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri
ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları
biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə
universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.
Onu
da bildirək ki, layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın
yüksək səviyyədə olduğunu göstərir. İtaliya ilə dostluq,qardaşlıq münasibətləri
isə Azərbaycan təhsilinin inkişafına töhfə verəcək.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



