TDT qlobal arenada vacib aktora çevrilib.

Oktyabrın
7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının
12-ci Zirvə Görüşü keçirildi. Hər zaman qeyd etdiyimiz kimi, keçirilən tədbir
mahiyyəti ilə yanaşı, məkanı ilə də diqqətdə olur. Bu dəfə Türk dünyasının
birliyinə paytaxt Bakımız deyil, Qəbələ şəhəri şahidlik etdi. Bu bir daha təsdiqlədi
ki, dayanıqlı inkişafı ilə daim diqqətdə olan Azərbaycanın hər bir bölgəsi beynəlxalq
tədbirlər üçün ideal məkan ola bilər. Türk dünyasının birliyinə fərqli məkanlardan
şahidlik etmək isə özündə mühüm çağırışları ehtiva edir.
Dövlət
başçısı İlham Əliyev çıxışında “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq
platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın
beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik
köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”
söləyərək onu da qeyd etdi ki, ölkəmiz təşkilatın işinə dəstək məqsədilə
Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Daxili siyasi
və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc
əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi
və hərbi-texniki sahədə artan potensial Türk Dövlətləri Təşkilatını qlobal
arenada vacib aktora çevirir.
Ötən
ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş
Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid
siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident həmin Zirvə
Görüşü zamanı bəyan etmişdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc
mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri
olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısında yalnız regional deyil,
qlobal miqyasda tarixi hədəf qoydu. Həmçinin 2024-cü ilin noyabrında Bişkekdə
keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi
Zirvə də təşkilatın dinamik inkişafına mühüm töhfə verib. Budapeşt görüşü əməkdaşlığın
dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Cənab
İlham Əliyev Zirvə Görüşündəki çıxışında bu məqamı da xüsusi vurğuladı ki, bu
gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın
təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd
və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik
çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul
edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik”
mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi
olduqca vacibdir.
Zirvə
görüşündə diqqət göstərilən məsələlərdən biri də Qarabağımızın və Şərqi Zəngəzurumuzun
durçəlməsi prosesi oldu. Tarixi Zəfərimizin reallıqları fonunda Türk dünyasının
birliyini təsdiqləyən mühüm məqamlardan biri də türk dövlətlərinin bərpa-quruculuq
işində fəal iştirakıdır. Azərbaycan azad olunmuş ərazilərində qardaş ölkələrlə
birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi
konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər,
yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları
yaradılıb. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Füzulidə Mirzə Uluqbəy
adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb
artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir.
Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən
qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş
Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan
xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
Cənab
İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Dövlətimizin
başçısı Zirvə Görüşünün yekununda müzakirələrə verdikləri dəyərli töhfələrə görə
hər kəsə təşəkkür etdi. Bildirdi ki, səsləndirilən bəyanatlar və fikirlər Türk
Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün əhəmiyyətli istiqamətləri müəyyən
edir. Bir daha bu əminlik ifadə edildi ki, Zirvə Görüşü dostluğumuzu,
qardaşlığımızı daha da gücləndirəcək.
Bayram
Xudayarov,
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



