Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.

Türk
Dövlətləri Təşkilatının XII Zirvə görüşü “Regional sülh və təhlükəsizlik”
mövzusu altında keçirildi. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək,
sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işləri və əldə olunmuş
nailiyyətləri qiymətləndirdilər, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin
daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Zirvə
görüşündə quruma müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət
başçıları iştirak etdilər. Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini
və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin
müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Azərbaycan türk dövlətləri ilə əlaqələrini
ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın
olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Azərbaycanın
20 milyard dollardan çox sərmayə qoyduğu Türk ölkələri iqtisadi əməkdaşlığın səmərəli
modelini nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu vəsaitlərin
əsas hissəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fondlara
yönəlib. Bu, təkcə maliyyə axını deyil, həm də birgə inkişaf fəlsəfəsi deməkdir.
TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi türk dövlətlərini dünya
iqtisadi sistemində vahid güc mərkəzinə çevirəcək.
Tarixi
Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Zirvə görüşü bu baxımdan
da diqqətdə oldu.Qardaş ölkələr Qarabağın və Şərqi Zəngəzurun bərpasında fəal
iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda Macar
qardaşlarımızın hədiyyəsi olan məktəbin, eləcə də Füzuli məscidinin tikilməsi
türk həmrəyliyinin parlaq nümunələridir. Bu layihələr təkcə tikinti deyil, mənəvi
birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzidir. Türk dövlətlərini
birləşdirən mənəvi dəyərlər həm də xalqların gələcək inkişafına ideoloji istiqamət
verir. Azərbaycan bu mənəvi inteqrasiyanın mərkəzində dayanaraq, həm tarixi ənənələri
qoruyur, həm də müasir dövrün çağırışlarına cavab verən mədəni platformalar
yaradır. Bu baxımdan, Azərbaycan dilinin, ədəbiyyatının, musiqisinin və incəsənətinin
bütün türk coğrafiyasında tanıdılması, gənclər arasında ortaq layihələrin təşviqi
xüsusi əhəmiyyət daşıyır. Məhz bu istiqamətdə görülən işlər türk birliyinin gələcəyini
təmin edən ideoloji baza yaradır.
Xalqlarımızın
ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi
sıx birləşdirir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini
verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.
Keçirilən tədbirlər türk ölkələrinin liderləri arasında əlaqələrin daha da gücləndirilməsi,
gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi,
birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Dövran
Həsənov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



