Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.

“Oktyabrın
7-də Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda Türk Dövlətləri
Təşkilatının (TDT) XII Zirvə Görüşü keçirildi. Bu Zirvə Görüşü çərçivəsində
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət
və hökumət başçıları bir araya gələrək, ötən il Qırğızıstanın paytaxtı Bişkekdə
keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündən
ötən dövr ərzində Türk dünyasının birliyi istiqamətində atılan addımları, təşkilatın
beynəlxalq nüfuzunun artırılmasına yönələn səyləri, əldə olunmuş nailiyyətləri
müzakirə etdi və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər. Zirvə
Görüşünün sonunda qəbul olunan Bəyannamə Türk Dövlətləri Təşkilatının siyasi və
institusional strukturunun yeni mərhələyə keçidini əks etdirdi. Təbii ki,
keçirilən hər bir Zirvə Görüşü ötən dövrün təhlilini bir zərurət kimi qarşıya
qoyur. Bu baxımdan qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə
Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa
da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni
və hərbi həmrəyliyə söykənir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan
qurucu dövlətlər olub. Sonradan Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbul
edilib. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi
üzv qəbul ediliblər. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri
Təşkilatının müşahidəçi statusu verilib. Təşkilatın XII Zirvə Görüşü artıq
tarixə yazıldı. Qəbələ şəhərindən Türk dünyasının birliyinin dünyaya
çatdırılması bir daha bu həmrəyliyin gücləndirilməsinin Azərbaycanın xarici
siyasətində prioritet olduğunu təsdiqlədi. Zirvə Görüşündə çıxışını “Azərbaycanın
qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən,
eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud
olmuş Qafqaz Albaniyasının paytaxtı idi” fikirləri ilə başlayan dövlətimizin başçısı
İlham Əliyev tədbirin məhz bu məkanda keçirilməsini şərtləndirən amilləri diqqətə
çatdırdı”.
Təşkilatın
digər üzvləri də Azərbaycanın bu birlikdə lokomotiv funksiyasını yerinə
yetirdiyini təsdiqləyirlər: “Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə
çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində,
idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri Türk
Dövlətləri Təşkilatının inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir.
Məhz bu təşəbbüslər nəticəsində təşkilat formal birlikdən real təsir gücünə
malik beynəlxalq təşkilata çevrilib. Ötən ilin iyulunda Şuşada keçirilmiş
qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın
ideoloji liderlik missiyasını və Türk Dövlətləri Təşkilatının vahid siyasət
mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident İlham Əliyev həmin
Zirvə Görüşündə bildirdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin
birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu çağırış
türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf
qoydu. Ötən ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin
mayında Budapeştdə qeyri-rəsmi Zirvə Görüşü də təşkilatın inkişafına mühüm töhfə
oldu”.
Dövlət
başçısı İlham Əliyevin Qəbələ Zirvə Görüşündə çıxışı Azərbaycanın Türk
dünyasının birliyinə verdiyi töhfələrin, təşkilatın gələcəyi ilə bağlı müəyyənləşdirilən
hədəflərin təqdimatı oldu: “Cənab İlham Əliyev bildirdi ki, bu gün Türk Dövlətləri
Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən
biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq
doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz
bizi bir ailə kimi birləşdirir. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli
geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində
böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial
Türk Dövlətləri Təşkilatını qlobal arenada vacib aktora çevirir. Bu məqam da
xüsusi qeyd edildi ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə
yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən
il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş
tutmuş görüşümüz mühüm qərarlarla yadda qaldı”.
Bu
gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir: “Təşkilatın
təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması, təhlükəsizlik əsas məqsəd
və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik
çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul
edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik”
mövzusuna uyğun olaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi
olduqca vacibdir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq
hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında
hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə
müttəfiqimiz olan Türkiyə ilə möhkəm əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə
Türkiyə ilə birgə 25-dən artıq hərbi təlimlər keçirilib. Dövlətimizin başçısı
İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində
geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi”.
Ölkəmizin
Türk dünyasının birliyinə töhfələri davamlıdır: “Cənab İlham Əliyevin çıxışında
1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini
vurğulayaraq gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik
yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil
olunmasını təklif etməsi də bu tərkibdəndir.
Hər
bir Zirvə Görüşü Türk dünyasının birliyində yeni mərhələnin başlanğıcı olur.
Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, Zirvə Görüşü qəbul
edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək,
xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq muzeyinin kiçik elmi işçisi.
Digər xəbərlər



