Neftçalada 2 yaşlı uşaq kanalda boğulub.

2019-05-29 Baxış: 950
img

29.05.2019

Neftçala rayonunun Xəzərkənd kəndi yaxınlığında fermerlərin qışlaq kimi istifadə etdiyi ərazidə yerləşən  adsız yaşayış məntəqəsində bədbəxt hadisə baş verib. 

MAYAKİNFO xəbər verir ki, 2 yaşlı Ağa Cabbar oğlu Cəfərov valideynlərinin diqqətindən yayınaraq həyətlərində olan su kanalına düşərək boğulub. 

Qeyd edək ki, həmin yaşayış məntəqəsində yaşayanların əksəriyyəti Lerik rayonunun heyvandarlıqla məşğul olduqları üçün köçəri həyat sürən sakinləridir.