Artıq beş ildir ki, Füzulinin işğaldan azad olunmasının sevincini və qürürünü yaşayırıq.

Prezident
İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il
oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar
günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin
işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, 2020-ci ilin oktyabrın
17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq beş il ötür.
Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Ə- Qoçəhmədli,
Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.
Prezident
xalqa müraciətində Füzuli şəhərinin və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli,
Musabəyli, İşıqlı, Dədəli kəndlərinin işğaldan azad edildiyini bəyan etdi. Azad
olunan ərazilərdə Azərbaycanın üçrəngli bayrağı yüksəldildi. Bu əməliyyat
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən
ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika
itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən
bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca
irəliləməsi üçün geniş imkanlar yaradıb.
İkinci
Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən 6 gün sonra – 2020-ci il
noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
işğaldan azad edilən Füzuli rayonunda olublar. Müzəffər Ali Baş Komandan Füzuli
şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu möhtəşəm hadisələr Azərbaycanın
müasir tarixinin ən şanlı səhifələrindəndir.
Prezident
İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu
“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun
işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi
igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar. Vurğulamaq
lazımdır ki, Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir.
Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı
vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə
dağıdılıb, ağaclar məhv edilib.
Bu
gün Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər
ərazisində infrastruktur bərpa olunur. Postmüharibə dövründə Füzuli Beynəlxalq
Hava Limanın sürətlə və qısa müddətə tikilərək istifadəyə verildi. Hava
limanının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Füzulidə, Qaraxanbəyli kəndinin
yaxınlığında şəhidlərimizin şərəfinə abidə - 27 sentyabr – Anım Gününə həsr
olunmuş xatirə lövhəsi ucaldılıb. 2022-ci ilin sentyabrın 27-də Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna növbəti dəfə səfəri
zamanı həmin xatirə lövhəsini ziyarət ediblər.
2023-cü
ilin sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların
qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah
edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə
cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Qarabağda dövlətimizini suverenliyinin tamamilə bərpa edilməsi məqsədilə
bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 23 saatdan bir qədər
çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də
döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi
ilə sıradan çıxarıldı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın
bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Hazırda Qarabağın və Şərqi
Zəngəzurun hər kənd və qəsəbəsində Azərbaycanın üçrəngli şanlı bayrağı
dalğalanır.
Bu
bir gerçəklikdir ki, bir vaxtlar Füzulinin işğal gününü kədərlə qeyd edirdik.
İndi isə artıq 5 ildir ki, işğaldan azad olunan rayonun qürurunu
yaşayırıq. Ən başlıcası isə Füzulidə aparılan geniş tikinti-quruculuq işləri
insanda dövlətinə və Ali Baş Komandanına güvənini daha da artırır. Bəli, birmənalı
olaraq deyirik ki, Azərbaycan dövləti etibarlı əllərdədir
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



