Füzuli – Qələbənin, dirçəlişin və ümidin şəhəri

Azərbaycanın
cənub-qərb bölgəsində yerləşən qədim Füzuli torpağı tarix boyu zəngin mədəni
irsi, qədim abidələri, igid oğulları və təbiətinin füsunkar gözəlliyi ilə
seçilmişdir. Bu şəhər təkcə tarixin deyil, həm də qəhrəmanlığın və yenidənqurmanın
simvoluna çevrilib.
Füzuli
rayonu qədim sivilizasiyaların izlərini daşıyan torpaqdır. Burada yerləşən
Qarğabazar karvansarası, Məscidlər, Pirlər, Ziyarətgahlar Azərbaycan xalqının
tarixində mühüm yer tutur. Bu abidələr Füzulinin həm dini, həm də mədəni
kimliyinin ayrılmaz hissəsidir.
27
il işğal altında qalan Füzuli torpaqları 2020-ci ilin oktyabrında Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən
azad olundu. Füzulinin azad edilməsi Qələbə salnaməmizin ən şanlı səhifələrindən
biri kimi tarixə yazıldı.
Azadlıqdan
dərhal sonra Füzuli rayonunda genişmiqyaslı bərpa və tikinti işlərinə
başlanıldı. Prezident İlham Əliyevin tapşırığına əsasən, infrastrukturun bərpası,
yolların çəkilməsi, yaşayış məhəllələrinin salınması, məktəblərin, uşaq
bağçalarının, mədəniyyət və idman obyektlərinin tikintisi həyata keçirilir.
Bu
məqsədlə Füzuli Beynəlxalq Hava Limanı qısa müddətdə istifadəyə verildi və bu,
Qarabağın inkişafına açılan hava qapısı oldu.
Müasir
Füzuli artıq yenidən doğulur. Prezident İlham Əliyevin 2023 və 2024-cü illərdə
rayona çoxsaylı səfərləri bu inkişafın canlı sübutudur:
05
may 2023-cü ildə Pirəhmədli və Dədəli kəndlərinin, eləcə də Füzuli yaşayış
kompleksinin təməlləri qoyulub, daxili yol-küçə şəbəkəsi və “Azərişıq”ın Rəqəmsal
Yarımstansiyası istifadəyə verilib.
23
avqust 2023-cü ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birlikdə Mirzə
Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı həyata keçirilib.
16
oktyabr 2023-cü ildə Füzulidə bir sıra kəndlərin, idman kompleksi və yaşayış
massivlərinin təməlqoyma mərasimləri keçirilib.
17
oktyabr 2023-cü ildə – Füzuli Şəhəri Günündə sakinlərin şəhərə köçü başlanılıb.
12
mart 2024-cü ildə isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı baş tutub.
Bu
gün Füzuli təkcə bir şəhər deyil – bu, xalqımızın iradəsinin, birliyinin və
dövlətin gücünün təcəssümüdür. Burada həyat yenidən başlayır, uşaq səsi, məktəb
zəngi, tikinti səsləri bu torpağın bərpasının musiqisinə çevrilib.
17
oktyabr – Füzuli şəhərinin günü, azadlığın, qürurun və gələcəyə inamın
bayramıdır.
Füzuli
yenidən doğulub – bu dəfə əbədi!
Aytən
İmanova,
YAP
fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



