Füzuli – Qəhrəmanlıqla Yenidən Doğulan Şəhər.

Azərbaycan
tarixinin ən ağrılı səhifələrindən biri Füzuli şəhərinin işğalı olmuşdusa, ən
parlaq səhifələrindən biri də onun azadlığıdır. 17 oktyabr – Füzuli şəhərinin
düşmən işğalından azad olunduğu gün təkcə bir şəhərin deyil, bütöv bir xalqın
qürurunun, dirənişinin və ədalətinin təntənəsi kimi yaddaşlara həkk olunub. Bu
tarix Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və Ali Baş
Komandan İlham Əliyevin müdrik, qətiyyətli siyasətinin bariz simvoludur.
Füzuli
işğal illərində viran qoyulmuş, talan edilmiş, lakin ruhən əsla sarsılmamış bir
şəhər idi. 2020-ci ilin həmin möhtəşəm oktyabr günündə, Azərbaycan Ordusunun
şanlı Zəfəri ilə bu qədim diyar azad olundu və xalqın illərlə gözlədiyi sevinc
reallığa çevrildi. Bu gün Füzuli yalnız azad edilmiş torpaq deyil, həm də yenidənqurulan,
dirçələn, müasir memarlığı, geniş yolları, hava limanı və abadlaşan kəndləri ilə
Azərbaycanın inkişaf və bərpa qüdrətini nümayiş etdirən bir simvoldur.
Füzulinin
azadlığı ilə başlayan o möhtəşəm dönüş bu torpaqlarda həyatın yenidən cücərməsi,
insanın doğma yurduna qayıdış ümidinin rəmzi oldu. 17 oktyabr artıq yalnız bir
tarix deyil – o, hər azərbaycanlının qəlbində yaşanan Zəfər hissinin, xalqın
iradə və birliyinin təcəssümüdür. Bugün Füzuli hər daşında qəhrəmanlıq, hər küçəsində
yenidənqurma nəfəsi daşıyan şəhər kimi dirçəlir – Vətən torpağının əbədi
azadlığının canlı sübutu kimi.
Sahib
Aslanov,
YAP
fəalı, Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri.
Digər xəbərlər



