Füzuli azadlığın və inkişafın xoşbəxtliyini yaşayır.

Füzuli
yaşı minilliklərə dayanan ən qədim insan məskənlərindən biri olmaqla yanaşı, bərəkətli
torpaqlara, bol sulu çaylara və güclü kadr potensialına malik, yüksək
intellektli ziyalılar, görkəmli alim və mədəniyyət xadimləri yetişdirmiş
rayonlarımızdan biridir. Əməyə bağlılıq və halal zəhmət füzulilərin həyat tərzinin
xarakterik xüsusiyyətləridir.
Harada
yaxşı nə varsa hiyləgərliklə sahiblənməyə çalışan və mayası haramla yoğrulmuş
miskin ermənilər isə Füzuliyə də, göz dikmişdilər. Məhdud imkanlar hesabına
uzun müddət müdafiə edilməsinə baxmayaraq, Füzuli rayonu 23 avqust 1993-cü ildə
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edidi.
Erməniər
günahsız insanları qətlə yetirməklə yanaşı, işğal etdikləri torpaqlarda ekoloji
terror törətmiş, rayonun qədim tarixi olan qəbristanlıq, türbə, məscid və
körpüləri darmadağın edərək müharibə cinayətləri törətmişlər.
Füzuli
rayonunun işğaldan azad edilməsi tarixi xronologiyası və hərbi əməliyyatların
xarakteri baxımından Böyük Zəfərin əldə edilməsində xüsusi əhəmiyyətə malikdir.
Biz azərbaycanlılar, hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə
Füzuli rayonu ərazisində qazanılmış ilk Qələbəni unuda bilmərik. Azərbaycan
Silahlı Qüvvələrinin hücumu ilə Füzuli rayonunun 22 yaşayış məntəqəsi erməni
işğalından azad edilmişdir. Füzuli rayonunun əhalisinin yarıya qədəri həmin
işğaldan azad edilmiş ərazilərdə yaşayırdı. Qazanılmış ilk uğurlar eyni zamanda
işğal altında olan bütün torpaqlarımızın düşməndən geri alınacağına olan
inancımızın artmasına səbəb oldu.
Elə
həmin inam da 44 günlük Vətən Müharibəsində qələbənin əldə edilməsinə kömək edən
mənəvi gücə çevrildi. Azərbaycan Ordusu 2020-ci il oktyabr ayının 17-də Füzuli
rayonunun bir neçə kəndi ilə birlikdə Füzuli şəhərini işğaldan azad etdi.
Füzulinin azad edilməsi uğrunda döyüşlər Vətən Müharibəsinin çətin oduğu qədər
də xüsusi əhəmiyyətə malik döyüşlərindən biri kimi hərb tariximizin şərəfli səhifələrindəndir.
Məlum
olduğu kimi, 30 il ərzində düşmən bir neçə xəttdən ibarət müdafiə zolağı
yaratmış və möhkəm istehkamlar qurmuşdu. Onlar bu xəttin keçilməzliyinə
inanırdılar. Amma Azərbaycan Ordusunun qəhrəmanlığı və iradəsi nəticəsində bu xətt
yarıldı və Füzuli qısa müddətdə işğaldan azad edildi. Füzuli döyüşləri ilə Azərbaycan
Ordusu yüksək döyüş qabiliyyətinə və hərbi təchizata malik olduğunu sübut etdi.
Ermənilər və bütün dünya artıq Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində
qaldı.
İşğaldan
azad edilən Füzuli rayonu bu gün yeni inkişaf dövrünü yaşayır. Rayon ərazisi
böyük bir tikinti meydanına çevrilib. Füzuli rayonu Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin səfərləri və səfərlər çərçivəsində müxtəlif təyinatlı
layihələrin təməlqoyma və açılış mərasimləri məkanı olmuşdur. Azad edildikdən
sonra cəmi 8 ay müddətinə “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq
Hava Limanının tikilib istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin
göstəricisi idi.
17
oktyabr Füzulinin işğaldan azad edildiyi, füzulilərin isə yurd həsrətinə son
qoyulduğu gün kimi Azərbaycan tarixində əbədi qalacaqdır.
Elman Nəcəfov,
YAP fəalı, Hacıqabul rayon
Statistika İdarəsinin rəisi.
Digər xəbərlər



