Füzuli şəhərinin erməni işğalından azad olunmasından 5 il keçir.

Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin
21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni
işğalından azad edildi.
Bundan
bir ay sonra, 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən
Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırıldı. Dövlət başçısının 2023-cü
il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd
edilir.
Birinci
Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən
tamamilə darmadağın edilib. Azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, bu gün
Füzulidə də böyük quruculuq və abadlıq işləri aparılır.
Qarabağın
hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə ən müasir səviyyədə
inşa edilib və istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir.
Əbədi
qürur və iftixar mənbəyimiz olan tarixi Zəfərimizin nəticəsi olaraq artıq
Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar.
Yenidən qurulan, dirçələn Füzuli şəhərinə həyat yenidən qayıdır.
Dövran Həsənov,
YAP fəalı, Hacıqabul Mərkəzi rayon
Kitabxanasının direktoru.
Digər xəbərlər



