Zəngilan rayonunun da işğaldan azad olunması cəbhədə hərbi üstünlüyümüzü daha da cücləndirdi

Rəşadətli
Azərbaycan Ordusu 2020-ci ilin sentyabr ayının 27- də Ermənistan hərbçilərinin
təxribatına cavab olaraq bütün cəbhə boy u əks - hücuma keçdi. Beləliklə,
İkinci Qarabağ müharibəsi başladı. Nəticədə 44 günlük Vətən müharibəsi Azərbaycanın
öz tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməsi ilə nəticələndi.
Cəbrayıl və Füzuli rayonları işğaldan azad edildikdən sonra Zəngilan
rayonunun da işğaldan azad olunması cəbhədə hərbi üstünlüyümüzü daha da cücləndirdi.
Xüsusilə Cəbrayıl rayonu istiqamətindəki döyüşlər zamanı Azərbaycan Silahlı
Qüvvələri Zəngilanın inzibati sərhədlərinə çatmağa nail oldu. Hərbi əməliyyatlar
zamanı bölgənin 49 kəndi və 4 qəsəbəsi erməni işğalından xilas edilmişdir. Beləliklə
oktyabrın 20- i Zəngilan şəhərinin və onun ətrafındakı bir sıra kəndlərin düşmən
işğalından azad olunduğu gün kimi hərb tariximizə qızıl hərflərlə yazıldı.
Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. Biz 27 il boyunca olduğu kimi 29
oktyabrı Zəngilanın işğal olunduğu gün kimi hüznlə yad etmək əvəzinə, artıq
5-ci ildir ki , 20 oktyabrı Zəngilanan Qurtuluş Günü kimi böyük qürurla qeyd
edirik. 2020-ci ildə Zəngilan işğaldan azad edildikdən sonra Azərbaycanın qonşu
İranla olan 132 kilometrlik sərhəddi düşmən nəzarətindən azad olunaraq bərpa
edildi.
Rayonun
işğaldan azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və infrastruktur
layihələri həyata keçirildi. Zəngilanın Ağalı kəndində 200 evdən ibarət
ilk «ağıllı kənd» pilot layihəsi icra edildi. Kənddə məktəb, bağça, tibb
məntəqəsi, “ASAN”, “DOST” kimi mərkəzlər, sahibkarlığa dəstək xidmətləri
mövcuddur. 2022- ci ilin may ayından etibarən Ağalı kəndinin ilk sakinləri
doğma torpaqlarında məskunlaşmağa başlayıb. Zəngilanda müasir kəndlərdən biri
olan Ağalı kənd layihəsi Qarabağın “yaşıl enerji” zonasına daxil edilib. Bu kəndlər
ən müasir texnologiyalarla təchiz olunur, burada dayanıqlı enerjidən istifadə
edilir və ekoloji cəhətdən təmiz yaşayış şəraiti yaradılır.
Hal-
hazırda Zəngilanda müxtəlif istiqamətlərdə aktiv inşaat və hərtərəfli inkişaf
layihələri həyata keçirilir. Artıq şəhərin baş planı təsdiq edilib və yaxın illərdə
Zəngilanın tam bərpası nəzərdə tutulur. Şəhər mərkəzi ilə yanaşı, ətraf kəndlərin
də infrastrukturu yenidən qurulacaq və əhali öz doğma yurdlarına geri
qayıdacaq.
Zəngilan-Şərqi
Zəngəzur-Ağbənd dəmir yolu layihəsi regionda həyata keçirilən loqistik bərpa
işlərinin ən əhəmiyyətli istiqamətlərindəndir. Bu layihə Azərbaycanın beynəlxalq
nəqliyyat şəbəkəsinə birləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Zəngilan-Horadiz
dəmir yolu xəttinin tikintisi ilə bu bölgənin həm ölkə daxilində, həm də xaricdə
ticarət və yük daşınması üçün əsas marşrutlardan biri olacağı gözlənilir.
Rayon
eyni zamanda, əsas nəqliyyat qovşağına çevrilir. Burada yerləşən Zəngilan Beynəlxalq
Hava Limanı bölgənin logistika mərkəzinə çevrilməsi üçün vacib bir amildir. Hava
limanı həm yerli, həm də xarici yük və sərnişin daşınması üçün mühüm baza
rolunu oynayacaq.
“Böyük
Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun işğaldan azad edilmiş Ağalı kəndi,
yenidən qurularaq, 175 ailənin köçürülməsi ilə bölgədə məskunlaşma prosesi həyata
keçirilmişdir. Bu ailələr yeni yaşayış yerlərində peşə ixtisaslarına və
bacarıqlarına uyğun olaraq məşğulluq imkanları ilə təmin olunacaqlar. Onlar
dövlət orqanlarında, ictimai iaşə obyektlərində, tikinti və tikiş fabriklərində
işlə təmin ediləcəklər. Bu, həm iqtisadi, həm də sosial cəhətdən bölgənin dirçəlməsinə
və əhalinin rifahının yüksəlməsinə təkan verəcək.
Ağalı
kəndində köçürülmüş əhalinin həyat şəraitinin yüksək səviyyədə təmin edilməsi
üçün hər cür infrastruktur yaradılmışdır. Bu çərçivədə dövlət xidmətləri mərkəzi,
məktəblər, uşaq bağçaları, banklar, poçt xidmətləri və ictimai iaşə obyektləri
fəaliyyət göstərir. Bu, əhalinin bölgəyə geri qayıdışını stimullaşdırmaq və
onların burada rahat yaşamalarını təmin etmək məqsədini güdür. Bu layihələr Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı inkişaf
strategiyasının tərkib hissəsidir və bu ərazilərin iqtisadi, mədəni və sosial
dirçəlişini təmin edir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



