Zəngilanın azad edilməsi mühüm tarixi, strateji əhəmiyyətə malik idi.

Bu
gün Zəngilanın işğaldan azad olunmasından 5 il ötür. Həmin gün xüsusilə, zəngilanlıların
sevincinin həddi-hüdudu yox idi. 28 ildən sonra onlar öz doğma yurdlarına
qovuşurdular. Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib
və bu günlər unudulmazdır. Artıq 20 oktyabr Zəngilanın işğaldan azad edildiyi
gün kimi tarixə düşüb. Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını
yaşayır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların
arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan
Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan
şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
Zəngilanın
azad olunmasının Qarabağın taleyinin həll olunması hesab edilirdi. Bu baxımdan,
düz beş il bundan əvvəl Zəngilanın azad edilməsi və bununla bağlı 20 oktyabr
tarixi də şanlı zəfər tariximizin silinməz salnamələrindəndir. 27 ildən sonra rəşadətli
Azərbaycan Ordusu Zəngilanı düşməndən azad etdi. Bununla da Müstəqil Azərbaycanın
zəfər salnaməsində yeni bir səhifə açıldı. Zəngilan rayonunun işğaldan azad
edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki,
danılmazdır.
Artıq,
Zəngilan düşməndən azad olunmuş şəhərlərimizin sırasındadır. Qazanılan qələbələr
təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən
müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir.
Bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu
telekanallarında ingilis, rus, türk və doğma Azərbaycan dilimizdə müsahibələrində
Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi
dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də ciddi irəliləyişlərə
dəlalət etmişdir. Bəli, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir,
haqq işimizin, Müzəfər Ordumuzun gücünün, rəşadədtli əsgərlərimizin, Azərbaycan
xalqının iradəsinin qələbəsidir!
Müzəffər
ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Ali Baş
Komandanın işğaldan azad edilən ərazilərə səfərlər etməsi və bu ərazilərdə
abadlıq quruculuq işlərinin aparılması artıq ənənə halını alıb. Artıq həmin ərazilər
abadlaşır, həyat öz axarına düşür. Bunun üçün artıq heç bir maneə yoxdur.
Bundan sonra illər ötsə də Azərbaycan xalqı bu şanlı zəfərlər barədə faktları,
tarixi hadisələri nəsillərdən-nəsillərə ötürəcək, xatirəsini əbədiləşdirəcək.
Heç şübhəsiz ki, bu tarix bir örnəyə çevriləcək. İşğal altında olan ərazilərimizin,
eləcə də Zəngilan torpağının işğaldan azad edilməsində cəsurluq göstərən, döyüşən,
əzm və iradə nümayiş etdirənlər hər bir Azərbaycan vətəndaşı, bu xalqın hər
nümayəndəsi üçün bundan sonra nümunə sayılacaq və bu günün bir tarixi əhəmiyyəti
də məhz bundan ibarətdir. Məhz bu baxımdan Zəngilanın işğaldan azad olunması
tarixi hər zaman xatırlanacaq, təbii ki, hər il bu tarix ildönümü kimi qeyd
olunacaq, ehtiramla yad ediləcək, qürur və fəxarət hissi ilə xatırlanacaq.
Ümumiyyətlə,
Zəngilanın iğaldan azad olunmasının əhəmiyyəti nə sadalamaqla bitən deyil, nə də
danılan. İndi Zəngilanda da abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış”
planları bu ərazilərimizdə də sürətlə reallaşır. Cənab Prezidentin apardığı
uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki
ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr
açılıb. Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş
Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq
arenada yüksək nüfuzunun, güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın
birliyinin məntiqi nəticəsidir. Məhz imkanlarını və ehtiyatlarını nəzərə alsaq,
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni perspektivlər vəd
edir. Bu perspektivlər də öz növbəsində suverenliyimizin, müstəqilliyimizin, təhlükəsizliyimizin
qorunmasını daha da gücləndirir, bunun üçün əsaslı zəmin yaradır.
İnanırıq
ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək.
Bütün bu qələbələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı
bahasına əldə olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!
Mətin Babayev,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri, Hacıqabul
rayon İcra Hakimiyyəti başçısı aparatının sector müdiri.
Digər xəbərlər



