Zəngilan: Tarixi Zəfərin Şəhəri və Böyük Qayıdışın Rəmzi

Cənab
Prezident İlham Əliyev qeyd etmişdir: “Bu gün biz gözəl Zəngilan torpağında həyat
qururuq”. Bu sözlər yalnız bir rəmz deyil, həm də Azərbaycanın tarixi
torpaqlarının işğaldan azad olunmasının və “Böyük Qayıdış”ın simvoludur. 27
sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi 44 gün ərzində Azərbaycan
tarixinin ən şanlı səhifələrindən birini yazdı. Bu qısa, lakin qəhrəmanlıqla
dolu dövrdə Azərbaycan xalqı və ordusu 30 ilə yaxın davam edən işğalın acı həqiqətlərini
arxada qoyaraq, ədalətin və suverenliyin bərpası uğrunda mübarizədə misilsiz qəhrəmanlıq
göstərdi.
İkinci
Qarabağ müharibəsi boyunca Azərbaycan Ordusunun rəşadəti, cəsarəti və yüksək
strateji hazırlığı sayəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və
Laçın rayonlarının strateji yüksəklikləri işğaldan azad edildi. Şuşa şəhərinin
azad olunması isə müharibənin dönüm nöqtəsi oldu və Ermənistanın kapitulyasiya
aktını imzalamağa məcbur etdi. Zəngilanın işğaldan azad olunması həm də 132
km-lik Azərbaycan–İran sərhədinin bərpası demək idi ki, bu, dövlətimizin
strateji təhlükəsizliyi və regional əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir.
2020-ci
il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə 6974 hərbi qulluqçu
bu medalla təltif olundu. Bu, Azərbaycanın tarixində nadir hallarından biridir
ki, həm hərbi cəsarət, həm də xalqın iradəsi birləşərək tarixi ədaləti bərpa
edir. Şəhidlərimizin xatirəsi böyük ehtiramla anılır, onların qəhrəmanlığı Azərbaycan
xalqının gələcək nəsillərinə örnəkdir.
Zəngilanın
azad olunmasından sonra ölkə rəhbərliyi bölgənin sürətli sosial-iqtisadi
inkişafını prioritet hesab etdi. Prezident İlham Əliyev 12 dəfə Zəngilan
rayonuna səfər edərək, aparılan bərpa və quruculuq işləri ilə şəxsən tanış
oldu. Bu səfərlər “Böyük Qayıdış”ın hərtərəfli strategiyasını və potensialını
nümayiş etdirdi.
Qeyd
olunan işlər arasında:
Zəngilan Beynəlxalq Hava Limanının yaradılması;
Arximed turbini tipli Su
Elektrik Stansiyasının işə salınması;
Zəngilan şəhərində
1-ci–4-cü yaşayış komplekslərinin tikintisi;
160 yerlik uşaq
bağçasının təməlqoyma mərasimləri;
Heydər Əliyev Fondu tərəfindən inşa edilən şəhər məscidində
işlər;
Ağalı kəndində “Ağıllı kənd”
layihəsinin reallaşdırılması.
Bu
layihələr yalnız şəhərin infrastrukturunu yeniləməyib, həm də Zəngilanı
regionun modern inkişaf mərkəzinə çevirmişdir.
2023-cü
il sentyabrın 29-da Zəngilan şəhərində BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT)
və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən 2-ci
Milli Şəhərsalma Forumu böyük beynəlxalq əhəmiyyət kəsb etdi. 53 ölkədən 200-ə
yaxın qonaq və ümumilikdə 400 iştirakçı tədbirdə iştirak etdi. Bu forum Zəngilanın
ölkə və beynəlxalq tədbirlər məkanına çevrildiyini sübut edir.
Zəngilan
yalnız coğrafi mənada strateji əhəmiyyət daşımır, həm də Azərbaycanın milli
yaddaşında, tarixi və mədəniyyətində xüsusi yer tutur. İşğaldan əvvəl burada
yerləşən qədim abidələr, məzarlıqlar erməni vandalizminin qurbanı olmuşdu.
Azadlıq və bərpa ilə bu tarixi miras yenidən xalqımızın irsinin bir hissəsi
kimi qorunub saxlanır.
Zəngilanın
azad olunması, bərpa və quruculuq prosesləri Azərbaycanın gücünü, xalqın iradəsini
və Müzəffər Ali Baş Komandanın strateji baxışını nümayiş etdirir. Bu gün Zəngilan
“Böyük Qayıdış”ın rəmzi, tarixi ədalətin və milli birlik simvoludur. Dövlət
başçısının sözləri ilə desək: “Biz bu torpaqlarda həyat qururuq”. Zəngilan şəhəri
günü isə hər bir Azərbaycan vətəndaşı üçün həm qürur, həm də gələcəyə inam mənbəyidir.
Prezident
İlham Əliyevin Zəngilana səfərləri
1.
19 Oktyabr 2022
Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və
sakinlərlə görüş;
Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə
tanışlıq;
Arximed turbini tipli Su Elektrik Stansiyasının işə
salınması mərasimi;
Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimi;
Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimi.
2.
4 May 2023
İnzibati binanın təməlqoyma
mərasimi.
3.
28 Sentyabr 2023
Alıbəyli kəndinin təməlqoyma
mərasimi;
Zəngilan Konqres Mərkəzi
Kompleksinin açılışı;
“AzərEnerji”
ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılış mərasimi;
Zəngilan kəndinin təməlqoyma
mərasimi;
Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimi;
Heydər
Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə
tanışlıq;
Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlqoyma mərasimi;
Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimi;
160 yerlik uşaq
bağçasının təməlqoyma mərasimi.
Bayram
Xudayarov
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin
davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, Yeni Azərbaycan Partiyası fəal
üzvü
Digər xəbərlər



