Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

2020-ci
ildə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44
günlük İkinci Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı
sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 5 il
ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum
nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan
rayonu tam olaraq erməni işğalından azad olundu. Oktyabrın 20-də Zəngilan
şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı
Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl
rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə,
Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli,
Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib. 2020-ci il dekabrın 23-də
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən
Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı
Azərbaycan bayrağını ucaldıb.
Zəfərdən
sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri
aparır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş ərazilərə
səfərləri əlbəttə ki, yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə bağlı
olub. 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin iştirakı ilə birinci “Ağıllı kənd” pilot layihəsinin Zəngilan
rayonunda təməlqoyma mərasimi keçirilib. İşğaldan azad edilmiş ərazilərdə
aparılan yenidənqurma işlərində üstünlük verilən “ağıllı kənd”, “ağıllı şəhər”
layihələrinə əsasən artıq 250-dən çox ailə Zəngilan rayonun Ağalı kəndində bu
konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Layihənin icrası,
əsasən, 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər,
“ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. “Ağıllı kənd
təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar
əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və
nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz,
ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə
uyğun qurmağa imkan verir. Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu
cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini zamanın zərurətinə çevirib.
Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş
ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında
davamlı müsbət nəticələrə gətirib çıxaracaqdır.
Nigar
İbrahimova,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Boyat kənd İƏD
nümayəndəsinin müavini
Digər xəbərlər



