Azərbaycanla Qazaxıstanın dostluq və qardaşlıq münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.

Prezident İlham
Əliyevin Qazaxıstana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında və
Avrasiya məkanında yeni qüvvələr balansının formalaşmasında mühüm mərhələ
olacaq. Bu barədə ölkəmizin başçısı Qazaxstana dövlət səfəri ərəfəsində
«Kazinform»a eksklüziv müsahibəsində bildirib: « Azərbaycan ilə Qazaxıstan
arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad
ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi
qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə,
oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq
və müttəfiqlik münasibətləri qurmuşuq.
Sözsüz
ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə
aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə
təkan verən fəal və konstruktiv dialoqdur.
Bu,
son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə
dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər
Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və
düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və
iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi
xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan
xalqını təbrik etmək istərdim.»
Müsahibədə
xüsusi vurğulaır ki, ortaq tarixi, mədəni və strateji maraqları olan iki
Xəzəryanı dövlət - Azərbaycan və Qazaxıstan getdikcə daha fəal şəkildə Avropa
ilə Asiya arasında əlaqələndirici halqaya çevrilir. Son illər ərzində Bakı ilə
Astana arasında iqtisadi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Ötən
il Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz
artaraq 470 milyon ABŞ dollarına çatıb. Bu ilin ilk yarısında isə ticarət
dövriyyəsi artmaqda davam edərək 501 milyon dollara yüksəlib ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Bu artım, ilk növbədə,
Ukraynada müharibənin başlanmasından sonra şimal tranzit dəhlizlərinə
alternativlərdən birinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu
(TITR) üzrə nəqliyyat axınlarının artması hesabına təmin olunub.
Prezident
İlham Əliyev sözügedən müsahibəsində bu barədə deyib: «Azərbaycan ilə
Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir.
İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd
edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir,
iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü
dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq,
qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik
sayəsində mümkün olub.»
Müsahibədə
iki dost və qardaş ölkə arasındakı mədəni əlaqələrə də toxunulub. Ölkəmizin
başçısı bildirib ki, hər iki ölkədə mütəmadi olaraq mədəniyyət günlərinin
keçirilməsi müsbət hadisədir: «Əvvəl dediyim kimi, xalqlarımızı çoxəsrlik
tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı
xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində
mühüm rol oynayır.
2023-cü
ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti
Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin
dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə
töhfə verir.
Qazax
ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri
Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində
nəşrini məmnunluqla qeyd etmək istərdim. Həmçinin 2023-cü ildə Bakıda Kemel
Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq
konfrans keçirilib.»
Prezident
İlham Əliyevin müsahibədəki fikirlərindən aydın görünür ki, Azərbaycanla
Qazaxstan arasındakı çoxtərəfl əməkdaşlıq yeni inkişaf mərhələsindədir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



