Prezident İlham Əliyevin “Kazinform”a Müsahibəsi — Azərbaycan–Qazaxıstan Birliyinin Yeni Səhifəsi.

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın
“Kazinform” agentliyinə verdiyi müsahibə qardaş ölkələrimiz arasında münasibətlərin
yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı vurğuladı ki,
Azərbaycan və Qazaxıstan tarixi köklər, ortaq türk kimliyi, dostluq və
qarşılıqlı etimad üzərində qurulan münasibətlərini bu gün sarsılmaz müttəfiqliyə
çevirib.
Prezident
İlham Əliyev bildirib ki, son illər həyata keçirilən fəal siyasi dialoq, dövlət
başçılarının müntəzəm görüşləri və imzalanmış sənədlər münasibətlərimizi
strateji tərəfdaşlığın ən yüksək mərhələsinə yüksəldib. Xüsusilə,
iqtisadi-ticari əməkdaşlıq, Orta Dəhliz, enerji və logistika layihələri ikitərəfli
əlaqələrin inkişafında mühüm rol oynayır. 2025-ci ilə qədər ticarət dövriyyəsinin
kəskin artımı, nəqliyyat marşrutlarının genişlənməsi və birgə tranzit imkanları
bunun bariz nümunəsidir.
Müsahibədə,
həmçinin Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa olunan Kurmanqazı adına
Uşaq İncəsənət Mərkəzinin mədəni əməkdaşlığın canlı rəmzinə çevrildiyi
vurğulandı. Mədəni, humanitar və təhsil layihələri xalqlarımızı daha da
yaxınlaşdırır.
Prezident
İlham Əliyev Türk Dövlətləri Təşkilatının türk dünyasının siyasi və mənəvi
birliyinin möhkəmlənməsində aparıcı rolunu xüsusi qeyd etdi. Bugünkü reallıq
göstərir ki, Azərbaycan və Qazaxıstan təkcə regionda deyil, Avrasiyada birlik, əməkdaşlıq
və inteqrasiyanın lokomotividir.
Dövlət
başçısı Xəzər dənizinin ekoloji təhlükələrlə üzləşdiyini də diqqətə çatdırdı və
bu istiqamətdə bütün Xəzəryanı ölkələrin birgə fəaliyyət göstərməsinin
vacibliyini vurğuladı.
Bu
müsahibə Azərbaycanın qardaş Qazaxıstanla münasibətlərə verdiyi strateji önəmi,
türk dünyasına sadiqliyini, regional əməkdaşlığa baxışını və gələcəyə yönəlik
aydın vizyonunu nümayiş etdirir.
Birliyimiz
gücümüzdür!
Türk
dünyası — ortaq evimizdir!
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



